Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:33

Ukraynanın şərqində ‘seçki’ planlarını pisləyirlər


Denis Pushilin (soldan 2-ci, öndə) və Alexander Zakharchenko (sağdan 2-ci, öndə)
Denis Pushilin (soldan 2-ci, öndə) və Alexander Zakharchenko (sağdan 2-ci, öndə)

Birləşmiş Ştatlar da Avropa İttifaqına (Aİ) qoşularaq Ukraynanın şərqində rusiyapərəst separatçıların “seçki” keçirmək planlarını pisləyib, onu regionda sülh səylərinə zərbə vuran “saxta prosedur” adlandırıb.

“Birləşmiş Ştatlar qondarma Donetsk və Luqansk Xalq Respublikalarında seçki keçirmək planını pisləyir”, – Dövlət Departamentinin sözçüsü Heather Nauert sentyabrın 12-də verdiyi bəyanatda deyib.

“Bu ərazilərin Rusiya Federasiyasının nəzarətində qaldığını nəzərə alsaq, burada əsl seçkinin keçirilməsi ağlasığmazdır və Rusiyanın Minsk razılaşmaları öhdəliklərinin pozulmasıdır”, – o deyib.

BEYNƏLXALQ NORMALARA SAYQISIZLIQ

2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında imzalanmış Minsk razılaşmalarının hədəfi münaqişəni nizamlamaqdır.

Heather Nauert
Heather Nauert

Sözçünün deməsinə görə, “saxta prosedurlar quraşdıran” Moskva “beynəlxalq normalara sayqısızlıq göstərir və Ukraynanın şərqində sülh cəhdlərinə zərbə vurur”.

Sentyabrın 8-də Avropa İttifaqının xarici siyasət rəhbəri Federica Mogherini bu planı tənqid edib, Moskvanı noyabrın 11-nə planlaşdırılan seçkini dayandırmaqdan ötrü öz nüfuzundan istifadə etməyə çağırıb.

Ukraynanın Xarici İşlər Nazirliyi də Donbas regionunda separatçı rəsmilərin planını pisləyib.

Separatçılar seçkidə region parlamentinin və yeni liderin seçiləcəyini deyir.

Donetskin separatçı lideri Aleksandr Zakharchenko kafedə partlayış zamanı öldürülüb. “Xalq şurası”nın sədri Denis Pushilin 11 noyabr seçkisinə qədər müvəqqəti rəhbər seçilib.

2014-cü ilin aprelində Ukraynanın şərqində münaqişə başlanandan burada 10 min 300-dən çox adam öldürülüb. Ukraynanın morkvapərəst prezidenti Viktor Yanukovych Kiyevdə avropayönlü etirazlar nəticəsində devriləndən sonra Rusiya münaqişəni alovlandırmağa başlayıb.

Rusiyanın Ukraynadakı hərəkətləri Qərbin ona sanksiyalar tətbiq etməsilə sonuclanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG