Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:02

Aİ Rusiyaya sanksiyaları martadək uzatdı


Donetskdə, arxiv fotosu

Avropa İttifaqı 155 rusiyalı və ukraynalıya qarşı viza qadağasını və sərvətin dondurulması müddətini daha altı ay uzadıb. Sanksiyalar 44 şirkətə də aiddir və Ukraynanın müstəqilliyinə təhdid yaratmağa görə qoyulub.

“Durumun dəyərləndirilməsi sanksiya rejimində dəyişikliyə əsas vermədi”, – Aİ Şurasının sentyabrın 13-də yaydığı bəyanatda deyilir.

Sanksiya siyahısında özünü “Donetsk Xalq Respublikası” adlandıran qurumun avqustun 31-də öldürülmüş rəhbəri Aleksandr Zakharchenko da var.

Rusiya Dumasının bu yaxınlarda dünyasını dəyişmiş üzvü Iosif Kobson da siyahıdadır.

Aİ-dəki mənbələr AzadlıqRadiosu-na deyiblər ki, hər iki şəxsin adı daha sonra siyahıdan çıxarılacaq, ancaq blok əmin olmaq istəyir ki, onların adları siyahıdan çıxarılarsa, Aİ ərazisindəki potensial aktivləri başqa birisinə ötürülməyəcək.

Bu sanksiyalar Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə, Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə görə qoyulub. Sanksiyaların müddəti hər altı aydan bir uzadılır.

2014-cü ilin aprelində Ukraynanın şərqində münaqişə başlanandan burada 10 min 300 nəfər həlak olub.

XS
SM
MD
LG