Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:55

Keçmiş vitse-prezident məhkum edilib


İran ədliyyəsinin rəhbəri Sadeq Larijani (sağda) və Mahmud Ahmadinejad

İranın keçmiş prezidenti Mahmud Ahmadinejad dövründə vitse-prezident, aparat rəhbəri və aparıcı müşavir olmuş Esfandiari Rahim Mashaei altı il yarım həbs cəzasına məhkum edilib. İran mediasının sentyabrın 12-də yazmasına görə, o, milli təhlükəsizliyə hədə yaratmaqda təqsirli bilinib.

Ahmadinejad-ın mətbuat üzrə aparıcı köməkçisi olmuş Ali Akbar Javanfekr isə dörd illik həbsə məhkum edilib. Xəbəri rəsmi IRNA agentliyi yayıb.

Bu hökmlərdən 20 gün ərzində apelyasiya şikayəti verilə bilər.

2005-2013-cü illərdə prezident olmuş, sərt xətt tərəfdarı Ahmadinejad köməkçilərinin və tərəfdarlarının həbsinə görə İranın ədliyyə sistemini tənqid edib.

Keçmiş vitse-prezident, Ahmadinejad-ın yaxın müttəfiqi olmuş Hamid Baghaei isə dekabrda 14 illik həbsə məhkum edilib, korrupsiyada təqsirli bilinib.

Ahmadinejad və Baghai 2017-ci ildə prezident seçkisinə buraxılmayıblar. Həmin seçkidə Hassan Rohani ikinci müddətə prezident seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG