Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:21

Gömrük polkovniki rüşvətdə günahlandırılır


Korrupsiya

Azərbaycanın Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinin rüşvət alarkən yaxalandığı iddia edilir.

Bu barədə Dövlət Gömrük Komitəsinin özü məlumat yayıb.

Məlumatda yazılıb ki, komitənin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanovun pensiya yaşına çatmış əməkdaşlara birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul alması müəyyən edilib.

«Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu vəzifədən azad edilib. Hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib», - rəsmi açıqlamada yazılıb.

Bu açıqlamaya, hələlik, N.İmanovdan münasibət almaq mümkün olmayıb. Onun ittihama münasibəti bəlli deyil.

Multimedia

XS
SM
MD
LG