Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:37

Putin Yaponiyaya sülh paktı imzalamağı təklif edir


Shinzo Abe (solda) və Vladimir Putin iqtisadi forumda

Rusiya prezidenti Vladimir Putin bu ilin sonunadək Yaponiya ilə 2-ci Dünya Müharibəsi sülh sazişini “ilkin şərtsiz” imzalamağı təklif edib.

Putin bu gözlənilməz təkliflə sentyabrın 12-də Rusiyanın Vladivostok şəhərində keçirilən iqtisadi forum zamanı Yaponiyanın baş naziri Shinzo Abe ilə yanaşı oturduğu zaman çıxış edib.

Abe Putini həmin saziş, hər iki ölkənin iddia etdiyi adalar qrupu üzrə on illərdir davam edən mübahisə məsələsində sıxışdırınca Putin deyib:

“Ağlıma indicə bir ideya gəldi. Gəlin ilin sonunadək, ilkin şərt olmadan sülh sazişini bağlayaq”.

Prezident deyib ki, mübahisə mövzusu olan digər məsələlər daha sonra həll oluna bilər.

Abe buna dərhal reaksiya verməyib.

İlkin şərtsiz saziş imzalanarsa, mübahisəli adalar Rusiyanın nəzarətində qalacaq. Rusiya həmin adaları Cənubi Kuril, Yaponiya isə Şimal Əraziləri adlandırır.

Sovet qoşunları 2-ci Dünya Müharibəsinin sonuna yaxın adaları tutub. Bu ərazi mübahisəsi Moskva və Tokionun düşmənçiliyə formal olaraq son qoymasını əngəlləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG