Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:18

Trump ABŞ seçkisinə müdaxilə edən əcnəbilərə qarşı fərman imzalayıb


Donald Trump 11 sentyabr terrorunun anım mərasimində
Donald Trump 11 sentyabr terrorunun anım mərasimində

ABŞ prezidenti Donald Trump əcnəbilərin ABŞ seçkilərinə müdaxiləyə görə cəzalandırılmasını nəzərdə tutan fərman imzalayıb.

Sentyabrın 12-də imzalanmış bu fərmandan əvvəl Trump administrasiyası ABŞ seçkilərinə müdaxilə hədəsinin mövcud olduğuna əhəmiyyət verməməkdə günahlandırılırdı.

ABŞ milli təhlükəsizlik idarəsinin rəhbəri Dan Coats deyib ki, Birləşmiş Ştatlar hələki 2016-cı il seçkisinə Rusiya müdaxiləsi qədər güclü müdaxilə hiss etmir.

Coats bunu da əlavə edib ki, sözü gedən fərman yalnız Rusiyaya aid deyil, Çin, Şimali Koreya və İran da mümkün təhlükə mənbəyi hesab olunurlar.

ABŞ milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, prezident fərmanı Dövlət Departamenti və Ədliyyə Nazirliyinə mümkün sanksiyaların qoyulması səlahiyyətini verir. Bu sanksiyalara aktivlərin dondurulması, ABŞ maliyyə sisteminə girişin məhdudlaşdırılması və səfər məhdudiyyətlərinin qoyulması daxildir.

Amerikanın hərbi və hüquq-mühafizə qurumları xəbərlıq ediblər ki, noyabrın 6-da keçiriləcək Konqres seçkisinə xarici müdaxilə riski mövcuddur. Bu seçkidə hansı partiyanın Nümayəndələr Palatasına nəzarət edəcəyi müəyyənləşəcək.

Trump indiyədək Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi barədə iddialara əhəmiyyət vermədiyini bildirib. Buna baxmayaraq Konqres Rusiya üzərinə ağır sanksiyalar nəzərdə tutan qanunu qəbul edib.

Hazırda Konqresdən keçməkdə olan yeni qanun layihəsi Rusiyaya qarşı daha sərt maliyyə sanksiyalarının qoyulmasını nəzərdə tutur.

Trump habelə xüsusi prokuror Robert Mueller-ın Rusiyanın seçki müdaxiləsinə dair araşdırmasını tənqid edir.

***

Yayılan xəbərlərə görə, prezident Donald Trump xarici qurumların və fərdlərin ABŞ-da seçkilərə müdaxiləsini önləməyi hədəfləyən yeni fərman imzalayacaq.

Reuters və “The Wall Street Journal” fərmanın sentyabrın 12-də veriləcəyini yazıb.

Adı çəkilməyən ABŞ rəsmisi “Reuters”ə deyib ki, sanksiyalar Birləşmiş Ştatlarda seçkilərə haker hücumları, yaxud başqa yollarla müdaxilədə suçlanan fərdləri və şirkətləri hədəfə alacaq.

SANKSİYALAR RUSİYALILARDAN BAŞQA KİMİ HƏDƏFƏ ALACAQ

kəşfiyyat agentikləri belə bir qənaətə gəliblər ki, Rusiyanın 2016-cı ildə apardığı kiber-təbliğat kampaniyası ölkədə seçici rəyinə təsir etməyi hədəfləyib.

Robert Mueller
Robert Mueller

Hərbi və hüquq-mühafizə agentlikləri 6 noyabr konqres seçkisinin də xarici müdaxilədən sığortalanmadığını bildirib.

Yeni sanksiyaların yalnız Rusiyaya aid olub-olmayacağı bəlli deyil.

“The New York Times” yazıb ki, fərman xarici müdaxiləni daha geniş miqyasda əhatələyir, məqsəd ABŞ hakimiyyətinə Rusiyanın qurumlarını cəzalandırmağa daha bir alət verməkdir.

Sanksiya məsələsində diqqətin daha çox Rusiyaya yönəlməsinə baxmayaraq, Trump indiyədək Moskvanın müdaxiləsinə dair kəşfiyyat tapıntılarını rədd edib, eləcə də Konqresin Rusiyaya və digərlərinə cəzaları sərtləşdirməklə bağlı addımlarını isti qarşılamayıb.

Hazırda Konqresdə nəzərdən keçirilən daha bir qanun Rusiyaya daha sərt cəza qoyulmasını hədəfləyir. Məsələn, Moskva suveren borc bazarlarından uzaqlaşdırıla bilər.

Trump həmçinin xüsusi prokuror Robert Mueller-in Rusiyanın seçkiyə müdaxiləsinə dair təhqiqatını məsxərəyə qoyub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG