Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:58

Xarici borcun cüzi azaldığı bildirilir 


Azərbaycanın xarici dövlət borcu 9,600.2 milyon ABŞ dolları (16,320.3 milyon manat) təşkil edir.

Rəsmi məlumata görə, bu göstərici, iyulun 1-nə olan borcları ifadə edir.

Maliyyə Nazirliyi vurğulayır ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21.9 faizdir. 2018-ci ilə 74,646.9 milyon manatlıq ÜDM hesablanıb.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

“Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir”, nazirlik qeyd edir.

Maliyyə Nazirliyi bundan öncə Azərbaycanın aprelin 1-nə olan xarici dövlət borcunu açıqlamışdı.

Həmin məlumatlrda yazılırdı ki, Azərbaycanın bu kateqoriyadan olan borcu 9, 642.9 milyon dollar (16,392.9 milyon manat) təşkil edir.

Bu ilin əvvəlində xarici borcun həcmi 9,398.3, 2017-ci ilin əvvəlində isə 6,913.2 milyon ABŞ dolları olaraq açıqlanmışdı. Həmin vaxtla müqayisədə xarici borc 3 milyard dollara yaxın artıb.

Xatırlatma

Bu ilin əvvəlində maliyyə naziri Samir Şərifov Azərbaycanın xarici borcunun artmasının səbəblərindən danışmışdı. O, borcun artmasını əsasən bir neçə səbəb izah etmişdi.

Onun fikrincə, bu əsasən maliyyə-bank sisteminin sağlamlaşdırılmasından ötrü görülən tədbirlər və Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar verilən dövlət zəmanəti ilə bağlıdır.

Həmin layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

XS
SM
MD
LG