Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 05:12

Bal yarmarkasının vaxtı açıqlandı


Azərbaycanın bütün ballarının sərgi-satışı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Azərbaycanın bütün ballarının sərgi-satışı. 2017

Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 5-dən 28-dək Bakıda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək mühafizə olunan anbara təhvil verməlidirlər.

Nazirlik bildirir ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilən və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.

Artıq bir çox illərdir ki, Kənd Təsərrüfatı Nazirliyi hər il Bakıda belə yarmarka təşkil edir. Bundan əvvəlki bal yarmarkalarından heç də müştərilərin hamısı razı qalmayıb. Onlar deyirdilər ki, yarmarkadakı məhsulun qiyməti heç də bazar qiymətlərindən ucuz olmur. Üstəlik, iddialara görə, yarmarkalara da keyfiyyətsiz mal çıxarılır.

Xatırlatma

2017-ci ildə Azərbaycanda 21 min 165 təsərrüfatda 271.7 min arı ailəsi mövcud olub. Həmin təsərrüfatlardan 3043.1 ton bal, 90.2 ton mum, 11.2 ton vərəmum, 8.1 ton güləm və 281.7 kq arı südü əldə olunub.

«Balın 1 kiloqramının orta satış qiyməti 23.7 manat, mumun orta satış qiyməti 11.5 manat, vərəmumun orta satış qiyməti 116.7 manat, güləmin orta satış qiyməti 56.7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4.9 manat olub», - Dövlət Statistika Komitəsinin (DSK) məlumatda bildirilir.

Vərəmum qatranabənzər müalicəvi məhsuldur. Güləmdən də müalicəvi məqsədlə istifadə edilir.

Arı mumu arıların şan düzəltməkdən ötrü hasil etdikləri maddədir. Arı südü isə ana arının yemlənməsınə sərf olunur.

DSK həmçinin bildirir ki, «Arıçılıq haqqında» Qanununun qəbul edildiyi dövrdən sonrakı 9 ildə arı ailələrinin sayı 1.9 dəfə, bal istehsalı isə 2.2 dəfə artıb.

Multimedia

XS
SM
MD
LG