Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:45

Məhərrəm ayı başlayıb


Bakıda Aşura. 2016

Bu gün, sentyabrın 11-i məhərrəm ayının ilk günüdür.

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası da fətva verib.

Bu ayın 10-cü günü - Aşura sentyabrın 20-nə təsadüf edəcək.

Fətvada Aşuranın Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn, Əhli-Beyt (ailə üzvləri) və tərəfdarlarının haqq uğrunda həlak olduğu gün kimi əks edilir.

QMİ bildirib ki, ibadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə, ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir.

Fətvada həmçinin vurğulanırdı ki, belə mərasimlərə uşaqları da gətirmək düzgün sayılmır.

Habelə, soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq qəbul edilmir.

Fətvada xatırladılır ki, son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günləri qanvermə aksiyası keçirilir. QMİ hesab edir ki, baş yarmaqla qan çıxarmaqdansa, belə aksiyalara qatılmaq daha düzgündür.

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib. Aşura tərcümədə 10-cu gün deməkdir. Qətliam da ayın 10-da baş verdiyindən Aşura adı verilib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Multimedia

XS
SM
MD
LG