Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:12

Florence qasırğası güclənir


Birləşmiş Ştatlar növbəti qasırğadan sonra, arxiv fotosu

ABŞ Milli Qasırğa Mərkəzi bildirir ki, 4-cü kateqoriyaya aid qasırğa Atlantik okeanının ortasında güclənməkdədir və bu həftənin sonuna Birləşmiş Ştatların Şərq Sahilini vuracağı gözlənir.

Sinoptiklərin məlumatına görə, Florence qasırğasının gücü hazırda saatda 220 kilometrdir, amma bir neçə günə daha da güclənəcək.

Tufanın Cənubi Karolina və Virciniya arası sahilləri vuracağı, güclü külək və leysan yağışlara səbəb olacağı gözlənir.

Artıq bir neçə ştatda fövqəladə vəziyyət elan olunub.

Rəsmilər bir milyondan çox adama evindən çıxmaq göstərişi verildiyini bildirir.

XS
SM
MD
LG