Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:21

Bəzi rayonlarda 5 gün qaz olmayacaq


Qaz

Azərbaycanın bəzi rayonlarının qazla təminatında 5 gün müddətində problemlərin olacağı bildirilir.

Bu haqda «Azəriqaz» İstehsalat Birliyinin (İB) məlumatında qeyd edilir.

Məlumata görə, problem «Qaz İxrac» İdarəsinin balansında olan yeni çəkilmiş «Qazıməmməd-Qazax» (I xətt) magistral qaz xəttinin 182-210 km-lər arası hissəsində birləşdirilmə işlərinin aparılması ilə bağlıdır.

Birləşdirilmə işlərinin həyata keçiriləcəyi tarixlərdə (sentyabrın 11-15-də ) Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacağı gözlənir.

Yevlax rayonunun isə, rayon mərkəzi də daxil olmaqla, bir hissəsində təbii qazın verilişində fasilələr yaranmalıdır.

Multimedia

XS
SM
MD
LG