Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:12

Hakim partiyanın namizədi qubernator yarışından imtina edir


Xakasiya qubernatoru Viktor Zimin
Xakasiya qubernatoru Viktor Zimin

Rusiyada Xakasiya regionunun hakim Vahid Rusiya partiyasından olan qubernator əvəzi Viktor Zimin qubernator seçksinin sentyabrın 23-də keçiriləcək ikinci dövrəsində iştirakdan imtina edib.

Zimin bu barədə qərarını sentyabrın 21-də yazılı şəkildə regional seçki komissiyasına təqdim edib.

Sentyabrın 9-da keçirilmiş birinci dövrədə Zimin səslərin 32 faizini toplamışdı. Onun Kommunist Partiyasından olan rəqibi Valentin Konovalov 45 faiz qazana bilmişdi. Ədalətli Rusiya Partiyasının namizədi Andrei Filyagin 11 faizlə üçüncü olmuşdu.

Ziminin ikinci raundda seçkidən imtina etməsi səsvermənin iki həftə müddətinə təxirə salınması ilə nəticələnəcək.

Bu halda Filyagin-ə ikinci dövrəyə qatılmaq imkanı veriləcək. Əgər Filyagin bu təklifdən imtina etsə, onda Konovalov seçkidə tək iştirak edəcək və qubernator olmaq üçün ona azı 51 faiz səs lazım olacaq.

Birinci dövrədə bütün Rusiya boyunca hakim partiyanın 4 namizədi seçkini uduzub. Bu namizədlər Primorye, Xabarovsk diyarı, Xakasiya və Vladimir vilayətini təmsil edirlər.

***

Dörd qubernator yeri üzrə təkrar seçki keçiriləcək

Dünən – sentyabrın 9-da Rusiyada qubernator seçkisində hakim Vahid Rusiya partiyasından dörd namizəd birinci raundu uda bilməyib, təkrar seçki keçiriləcək.

Həmin gün müxtəlif şəhərlərdə antihökumət etirazlarında mindən çox saxlanan olub.

Rusiyanın 85 regionundan 21-də icra orqanı başçısı seçilirdi. Bu, prezident Vladimir Putin və baş nazir Dmitry Medvedev hökumətindən ötrü pensiya yaşının qaldırılması təklifi veriləndən ilk sınaq idi.

Putin Primorski diyarı, Xabarovsk Diyarı, Xakasiya və mərkəzi Vladimir regionunda seçkinin yenidən keçiriləcəyini deyib. “İkinci raund olacaq. Bu, tamamilə normaldır”, – o deyib.

VAHİD RUSİYANIN NAMİZƏDLƏRİ

Vaxtilə Vahid Rusiyanın lideri olmuş Putin 2012-ci ildən bu partiyadan prezident seçilib. Müxalifət lideti Aleksei Navalny-nin “dələduzlar və oğrular” yığını adlandırdığı partiya əsasən, Kremlin təşəbbüslərinin parlamentdə gerçəkləşməsinə xidmət edib.

Rusiyada etiraz
Rusiyada etiraz

Xabarovsk regionunun qubernatoru Vyacheslav Shport səslərin 35,6 faizini yığıb. O, millətçi LDPR-dən Sergei Furgal-la mübarizə aparacaq.

Primorski diyarında Putinin oktyabrda qubernator vəzifəsinə qoyduğu Andrei Tarasenko 46,5 faiz səs yığıb, Kommunist Partiyasından Andrei Ishchenko ilə ikinci raunda çıxacaq.

Hakim partiyanın Vladimir regionundakı namizədi Svetlana Orlova səslərin 36,4, Liberal Demokratlardan Vladimir Sipyagin 31,1 faizini yığıb. Xakasiyada isə hazırkı qubernator Viktor Zimin cəmi 32,4 faiz səs yığa bilib. Onun Kommunistlərdən rəqibi Valentina Konovalova 44,8 faiz səslə önə çıxıb.

Vahid Rusiya Xakasiya və İrkutsk regionlarının parlamentlərində çoxluğu qazana bilməyib, Kommunistlər onları qabaqlayıb.

Partiyanın formal lideri Medvedev deyib ki, Vahid Rusiyanın hər yerdə uğuru onun Rusiyada “qanunverici orqanda liderliyini saxladığını” göstərir.

Kremlin Moskvadakı namizədi Sergei Sobyanin isə 70 faizlə yenidən mer seçilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG