Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:46

Bir dollar 70 rubl olub


İllüstrativ foto

Rusiya rublu qısa müddətə kəskin ucuzlaşıb, bir dollar 70 rubla bərabərləşib. Bu, 2016-cı ilin martından ilk dəfədir baş verir. Bu il rubl dəyərinin 19 faizini itirib.

Sentyabrın 10-da səhər bir dollar 70,16 rubl olub. Bu, iqtisadiyyat sarıdan narahatlıq, ABŞ sanksiyaları ilə bağlı qeyri-müəyyənliklə əlaqədardır.

Az sonra rubl nisbətən möhkəmlənib, 70-dən düşüb.

“Reuters” yazıb ki, rublun çöküşünü Rusiyadan ixraca fokuslanan şirkətlər məhdudlaşdıracaq. Onlar adətən, xarici valyuta güclənəndə onu satırlar, yerli istifadə üçün rubl alırlar. Ayın ikinci yarısında da vergi ödənişləri olmalıdır.

2014-cü ildən Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyaya bir sıra sanksiyalar qoyub. Bu, Moskvanın Krımı ilhaq etməsi, Ukraynanın şərqində separatçıları dəstəkləməsinə görə edilib.

Avqustun 8-də ABŞ Dövlət Departamenti Rusiyaya yeni sanksiyalar elan edib. Bu dəfə səbəb Britaniyada rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yulia-nın zəhərlənməsindən dolayı edilib.

XS
SM
MD
LG