Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 17:53

DSK: Əməkhaqqı 3.7 faiz artıb


Tikinti

«2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.7 faiz artaraq 542.3 manat olub».

Dövlət Statistika Komitəsinin (DSK) bu gün, sentyabrın 10-da yaydığı məlumatda belə yazılır.

DSK vurğulayır ki, avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1543.1 min nəfərə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1.2 faiz çoxdur.

«Onlardan 881.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 661.3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstəriblər», - məlumatda yazılıb.

Multimedia

XS
SM
MD
LG