Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 01:19

Uyğurlara daha bir dəstək gəldi


Uyğur vilayətində məscid
Uyğur vilayətində məscid

Çin müsəlman uyğur azlığına qarşı “kütləvi, sistematik insan haqları pozuntuları kampaniyası” aparır. Belə bir bəyanatla Human Rights Watch insan haqları təşkilatı çıxış edib.

Nyu Yorkda mənzillənən qurum sentyabrın 10-da yaydığı hesabatda bildirib ki, Çin hökuməti Sincan regionundakı uyğurları “qanunsuz saxlayır, işgəncə verir, onlarla pis rəftar edir, getdikcə gündəlik həyatlarını daha çox nəzarətdə saxlayır”.

SINAQ

Hesabatda BMT-nin İrqi Ayrıseçkiliyin Məhvi Komitəsinin qeydlərinə də yer verilib. Komitə avqustun 10-da bildirmişdi ki, Çindəki uyğurlar “ekstremizmə qarşı mərkəzlər”də saxlanır, milyonlarla uyğur yenidən təhsil düşərgələrinə cəlb olunur, Çinin uyğur regionu “kütləvi həbs düşərgəsini xatırladan məkana” çevrilir.

Urumçi məscidində uşaqlar
Urumçi məscidində uşaqlar

Çin isə bu iddiaları rədd edir, qərbi Sincan regionunda “böyük faciə”ni önlədiyini iddia edir.

Hakimiyyətin bildirməsinə görə, Sincana islamçı yaraqlılar və separatçılar tərəfdən ciddi təhdid var, onlar hücumlar planlaşdırır, uyğur azlığı ilə etnik han çinli çoxluğu arasında gərginlik yaradır.

HRW-nın Çin üzrə direktoru Sophie Richardson-un bildirməsinə görə, Çin hökuməti Sincanda “on illər ərzində miqyası görünməmiş” insan haqları pozuntuları törədir.

“Sincandakı repressiya kampaniyası BMT və maraqlı hökumətlərin bu pozuntulara son verməkdən ötrü getdikcə güclənən Çinə sanksiya tətbiq edib-etməyəcəyini sınağa çəkir”, – o deyib.

Sentyabrın 11-də ənənəvi brifinqdə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang HRW-nı Çinə qarşı “tamamilə qərəzli olmaqda”, faktları təhrif etməkdə suçlayıb. O deyib ki, Sincandakı tədbirlərin məqsədi “sabitliyi, inkişafı, vəhdəti təbliğ etmək”, eyni zamanda “etnik separatçılıq və zorakı terrorçu kriminal fəaliyyətlə” mübarizədir.

XS
SM
MD
LG