Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:02

ABŞ və Rusiyanın enerji rəsmiləri görüşəcəklər


Rick Perry

Sentyabrın 13-də Birləşmiş Ştatların enerji katibi Rick Perry Rusiyada həmkarıyla görüş keçirəcək. O, Rusiyanın enerji naziri Aleksandr Novak ilə görüşəcək.

ABŞ prezidenti Donald Trump iyulda Helsinkidə rusiyalı həmkarı Vladimir Putin-lə görüşəndən bu, ABŞ-ın ən yüksəkçinli rəsmisinin Rusiyaya səfəridir.

“Kommersant” qəzetinin yazmasına görə, nazirlər Rusiyanın Şimal axını-2 qaz kəməri layihəsini müzakirə edəcəklər. Bu layihə Rusiya qazının Baltik dənizinin dibilə Almaniyaya nəqlini nəzərdə tutur.

Birləşmiş Ştatlar, Polşa, Baltik ölkələri, Avropa İttifaqının bir sıra üzvü Şimal axını-2-dən narahatlıq səsləndiriblər. Ukraynadakı qaz kəmərlərindən yan keçən bu layihənin Qərbin enerji təhlükəsizliyini Moskvadan asılı duruma saldığı bildirilir.

Putin isə kəmər layihəsini müdafiə edib, Rusiyanın Avropa üçün ən əlverişli enerji təchizatçısı olduğunu iddia edib.

XS
SM
MD
LG