Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Ermənistan Rusiyadan 100 milyon dollarlıq kredit almaq istəyir


Rusiyanın müdafiə naziri Sergey Shoigu (sağda) və ermənistanlı həmkarı Davit Tonoyan Moskvada, 11 avqust, 2018-ci il
Rusiyanın müdafiə naziri Sergey Shoigu (sağda) və ermənistanlı həmkarı Davit Tonoyan Moskvada, 11 avqust, 2018-ci il

Ermənistan Rusiyadan 100 milyon dollarlıq yeni müdafiə krediti götürmək barədə danışıqlar aparır. Bunu sentyabrın 12-də keçirdiyi mətbuat konfransında Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Nazir qeyd edib ki, Yerevan Moskvayla çoxfunksiyalı hərbi aviasiya əldə etmək yönündə də danışıqlar aparır.

***

Rusiya Ermənistana silah təchizatını davam etdirməyə razılaşıb. Bunu Ermənistanın baş naziri Nikol Pashinian “Kommersant” qəzetinə müsahibəsində deyib.

Qəzet müsahibəni sentyabrın 9-da dərc edib. Bir gün öncə isə Pashinian Moskvada Rusiya prezidenti Vladimir Putin-lə görüşüb.

“Rusiyanın silahları mütəmadi təchiz etməsinə razılaşdıq”, – Pashinian Putin-lə görüşlərdə hansı razılaşmaların əldə olunması barədə sualı belə cavablandırıb.

Baş nazirin deməsinə görə, silahların maliyyələşməsi kredit yoluyla təmin olunacaq, “başqa variantlar da götür-qoy olunacaq”.

2017-ci ilin noyabrında Ermənistan Rusiyadan silah satışının maliyyələşməsindən ötrü Moskvadan 100 milyon dollar borc alıb. TASS dövlət xəbər agentliyinin yazmasına görə, kredit Yerevana 2018-2022-ci illər üçün ayrılıb.

Robert Kocharian, arxiv fotosu
Robert Kocharian, arxiv fotosu

Hazırda Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı gərginlik qalmaqdadır.

MÜNASİBƏTLƏRDƏ “SUALLAR”

Pashinian-Putin görüşü tələm-tələsik təşkil olunub. Bunda öncə 2008-ci il etirazlarının Pashinian hökuməti tərəfindən araşdırılmasının Moskvayla gərginliyi artırdığı xəbərləri yayılıb.

Prokurorlar Ermənistanın keçmiş prezidenti Robert Kocharian və KTMT-nin sədri Yuri Khatchaturov-a konstitusion quruluşu devirmək ittihamı irəli sürüblər. Kreml bu hərəkətləri tənqid edib.

Rusiya-Ermənistan əlaqələrinə dair suallar Moskvaya yaxınlığı ilə seçilən Serzh Sarkisian devriləndən sonra, mayda Pashinian hakimiyyətə gəlincə baş qaldırıb.

Ancaq görüşdən öncə Putin deyib ki, Moskva-Yerevan münasibətləri “bütün istiqamətlərdə möhkəm” inkişaf edir.

“Bu, siyasi münasibətlərə, hərbi sahəyə, təhlükəsizlik və iqtisadi əməkdaşlığa aiddir”, – o vurğulayıb.

Pashinian isə münasibətlərdə “suallar” olduğunu etiraf edib.

“Allah bizi münasibətlərimizdə sualların olmayacağı durumdan qorusun, çünki bu, bizim heç münasibətimizin olmaması demək olar”, – o vurğulayıb.

Pashinian müsahibədə deyib ki, Putin onun Yerevana səfər etmək dəvətini qəbul edib, “bu ilin sonunadək alınmasa belə, gələn ilin əvvəlinə”.

Baş nazir sentyabrın 14-də Parisə gedəcək, Fransa prezidenti Emmanuel Macron-la görüşəcək. Fransada yarım milyonadək etnik erməni yaşayır, iki ölkəni mədəni əlaqələr birləşdirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG