Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

‘Ukraynaya eşq olsun’ şüarı Moskvanı niyə qıcıqlandırır?


Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Paveko yeni formanı nümayiş etdirir
Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Paveko yeni formanı nümayiş etdirir

Ukraynanın milli futbol yığması özünün yeni formasında debütünü edib və Çexiya millisinə 2-1 hesabı ilə qalib gəlib.

Ukraynanın üstündə “Ukraynaya eşq olsun!” yazılmış yeni futbol forması Rusiyada bir çoxlarını qıcıqlandırır.

Bu şüar ölkədə xüsusilə də 2014-cü ildə kremlyönlü prezident Viktor Yanukovych devriləndən bəri populyarlaşıb.

Rusiya rəsmiləri bu şüarı faşist çağırışı kimi qiymətləndirirlər, çünki ondan İkinci Dünya Müharibəsi zamanı Almaniya ilə ittifaqda Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparanlar istifadə edirdilər.

Ötən iyul ayında FIFA Xorvatiya millisinin oyunçusu Domagoj Vidaya bir videoda “Ukraynaya eşq olsun” şüarını səsləndirdiyinə görə xəbərdarlıq etmişdi. Bu video Dünya Kuboku yarışında Xorvatiya komandası Rusiyaya qalib gəldikdən sonra çəkilmişdi.

FIFA futbolçulara Dünya Kuboku turniri zamanı siyasi bəyanatlar verməyi qadağan etmişdi. Lakin Vida və Xorvatiya komandasının məşqçisi Ognjen Vukojevic bu şüarın hər hansı siyasi mənası olduğunu inkar edirdilər.

Millətlər Liqasının Çexiyanın Uherske Hradiste şəhərində keçirilən Ukrayna-Çexiya matçından əvvəl rusiyalı millət vəkili Igor Lebedev FIFA və UEFA-nı Ukrayna millisinin forması barədə lazımi qərar çıxarmağa çağırmışdı.

Lakin UEFA və FIFA-ya daxil kontinental konfederasiyalardan biri komandaların formasında şüar olmasına icazə verir. Amma şərtə görə bir şüar komandanın formasında yalnız bir mövsüm ərzində görünə bilər.

UEFA-nın Lebedevə cavabında deyilir ki, “sözü gedən forma təşkilatın qaydalarına zidd deyil”.

Lebedev UEFA-nın qərarını “qəribə” adlandırıb.

Kremlyönlü jurnalist və siyasi şərhçi Armen Gasparian Twitter-də yazıb ki, “mən bu mafiyadan bundan başqa bir şey gözləmirdim”.

Çexiya millisi ilə oyundan əvvəl Ukrayna prezidenti Petro Poroshenko da tvit yazıb. Onun postunda deyilir ki, bu şüar Ukrayna yığması üçün “qələbə rəmzi” olacaq.

Poroshenko və Ukrayna rəsmiləri “Ukraynaya eşq olsun” şüarından tez-tez istifadə edirlər.

Ukrayna parlamenti orduda sovet dövründən qalmış salamlamanı “Ukraynaya eşq olsun” və “Qəhrəmanlara eşq olsun” şüarları ilə əvəz edəcək qanun layihəsinin müzakirəsinə başlayıb.

Rusiya XİN-in sözçüsü Maria Zakharova ötən ay Ukraynanın hərbi salamlaşmanı dəyişmək planını tənqid edərək demişdi ki, bu, “faşıst çağırışıdır”.

UEFA-dan fərqli olaraq FIFA-nın 2018-ci il üçün qaydaları oyunçuların formalarında şüarların olmasını nəzərə tutmur.

Bu qaydalara görə futbol maykalarında yalnız federasiyanın emblemi, rəmzi, adı və yaradılma tarixi ola bilər.

FIFA-nın sözçüsü sentyabrın 7-də bildirib ki, “Ukraynaya eşq olsun” şüarının “gələcək taleyi” barədə indidən mülahizə yürütmək istəməzdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG