Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 23:41

SOCAR-ın işçiləri azalmaqda davam edir


SOCAR

AZƏRTAC-ın xəbərinə görə, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.

Hesabata görə, 2017-ci ildə SOCAR-da çalışan işçilərin orta sayı 50 min 122 nəfər təşkil edib. İşçilərin sayı 2016-cı illə (50 min 933 nəfər) müqayisədə 811 nəfər azalıb. 2017-ci il ərzində işçilərin sayının 811 nəfər (1.6 faiz) azalmasının səbəbi kimi SOCAR-ın idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur dəyişiklikləri göstərilir.

Son illər bu qurumda işçilərin sayı, bir qayda olaraq, azalmaqdadır.

2015-ci ildə SOCAR-da 52 min 104 nəfər işçi çalışıb.

2014-cü ilin sonuna isə bu dövlət şirkətində 54 min 714 nəfər işçi fəaliyyət göstərib. Bu, son 3 ildə SOCAR-ın 4 min 500-dın çox işçi itirdiyi anlamına gəlir.

Xatırlatma

SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.

Məqsəd kimi ölkənin neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək və yanacaq-enerji kompleksinin inkişafını təmin etmək göstərilir.

SOCAR-ın fəaliyyəti, əsasən, 6 sahəni - neft-qaz yataqlarının kəşfiyyatını, hasilatını, emalını, neft kimyasını, enerjidaşıyıcıların nəqlini və xidmətlərin göstərilməsini əhatə edir.

XS
SM
MD
LG