Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 05:20

Zakharchenko-nun varisini seçiblər


Aleksandr Zakharchenko (solda) və Denis Pushilin, arxiv fotosu

Ukraynanın şərqində rusiyapərəst separatçıların yaratdığı Donetsk Xalq Respublikası adlı qondar qurumun “xalq şurası”nın sədri Denis Pushilin qurumun fəaliyyətdə olan sədri seçilib.

Rusiya mediasının sentyabrın 7-də yazmasına görə, 37 yaşlı Pushilin Donetskin separatçı lideri Aleksandr Zakharchenko-nun yerinə seçilib. Zakharchenko avqustun 31-də şəhərdə kafedə partlayışda öldürülüb.

Pushilin-in 2014-cü ilin iyununda iki sui-qəsd cəhdindən salamat çıxdığı bildirilir.

Donetskdəki separatçılar noyabrın 11-nə seçki təyin ediliblər, qondarma respublikaya başçı seçəcəklər.

Rusiya Ukraynanın şərqindəki münaqişədə iştirakını danır, amma Moskva burada separatçılara hərbi, iqtisadi və siyasi dəstək verir.

2014-cü ilin aprelində başlanan münaqişədə 10 min 300-dən çox ölən olub.

XS
SM
MD
LG