Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 14:38

ABŞ qırıcıları Rusiya bombardmançılarını ‘yola salıb’


Arxiv fotosu

Sentyabrın 6-da ABŞ Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarə Rusiyanın iki Tu-85 bombardmançısını müşayiət etməli olublar. Həmin təyyarələr Arktik okeanı, Berinq dənizi və Oxotsk dənizi üzərində uçurmuş.

Rusiyanın Müdafiə Nazirliyi sentyabrın 7-də bu insidenti təsdiqləyib, bombardmançıların “neytral sular üzərində planlı uçuşlar” apardığını bildirib.

Daha öncə ABŞ Şimal Komandanlığından Michael Kucharek jurnalistlərə deyib ki, Rusiya təyyarələri Aleut adalarından cənubda, Alyaska Havadan Müdafiə İdentifikasiya Zonasında uçurmuş.

“Rusiya bombardmançıları Kanada, yaxud Birləşmiş Ştatların suveren hava məkanına daxil olmayıb”, – sözçü vurğulayıb.

XS
SM
MD
LG