Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 15:01

E.Rüstəmov: 'İnflyasiya elan edilən hədəfdən aşağı olacaq'


E.Rüstəmov

«Bu ildə inflyasiya birrəqəmli səviyyədə möhkəmlənib. İlin ilk 7 ayında orta illik inflyasiya cəmi 2.8 faiz olub. Proqnozlara görə, ilin sonuna inflyasiyanın elan edilən hədəf intervalından aşağı olacağı gözlənir».

AZƏRTAC-ın məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov bunu sentyabrın 7-də Bakıda keçirilən «Azərbaycan Rəqabətlilik Forumu-2018»də deyib.

E.Rüstəmovun deməsinə görə, 2014-cü ilin sonlarından başlayaraq xarici şok neftin qiymətinin əhəmiyyətli şəkildə aşağı düşməsiylə makroiqtisadi sferada bir sıra çağırışlar formalaşdırıb: «Manevr nəticəsində neft gəlirlərindən istifadə səviyyəsi optimallaşdırıldı, məzənnə korreksiyası və adekvat monetar siyasət həyata keçirildi. Nəticədə milli iqtisadiyyatın daxili və xarici tarazlığı bərpa olundu, ölkənin strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət edildi. 2017-ci ildə tədiyə balansında profisit yarandı, milli valyutanın məzənnəsinin iri tarazlıq səviyyəsi formalaşdı, inflyasiya aşağı düşdü və iqtisadiyyatın bərpasına nail olundu».

Ötən il Azərbaycanda inflyasiya 12 faiz civarında olub. Mərkəzi Bank rəhbərliyi bu il inflyasiyanın 6 faiz civarında olacağını proqnozlaşdırır. Ancaq müstəqil iqtisadçılarda rəsmi rəqəmlərə şübhələr var.

XS
SM
MD
LG