Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

İranlılar arasında ‘narahatlıq yaradan media müharibəsi’ aparılır


İranlılar ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz edir, 11 may, 2018-ci il
İranlılar ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz edir, 11 may, 2018-ci il

İranın ali dini lideri ayətulla Ali Khamenei Birləşmiş Ştatlar və İsraili iranlıları ruhdan salmaq üçün “media müharibəsi” aparmaqda ittiham edib.

“Hazırda İran islam sistemi bir müharibə otağından diqqətlə idarə olunan hərtərəfli iqtisadi müharibəylə üz-üzədir. Ancaq bu müharibəylə yanaşı böyük bir media və təbliğat müharibəsi də aparılır, amma bu, çox vaxt gözardı olunur”, – Khamenei sentyabrın 5-də deyib.

Birləşmiş Ştatlar nüvə sanksiyalarını bərpa edəndən sonra İranın iqtisadi problemləri dərinləşib.

“İQTİSADİ PROBLEMLƏRİ ŞİŞİRTMƏK”

Ekspertlər Məclisi qarşısında çıxış edən ali dini lider deyib ki, media müharibəsinin məqsədi iranlılar arasında “narahatlıq və bədbinlik” yaratmaq, onların beynində “iqtisadi problemləri şişirtməkdir”.

Ali Khamenei (ortada) prezident Hassan Rohani və hökuməti ilə görüşdə, 29 avqust, 2018-ci il
Ali Khamenei (ortada) prezident Hassan Rohani və hökuməti ilə görüşdə, 29 avqust, 2018-ci il

Birləşmiş Ştatlar mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sazişin aradan qaldırdığı sanksiyaları bərpa etdiyini bildirib. Sanksiyalar ötən aydan bərpa olunub, milli valyuta olan rial isə son bir ildə dəyərinin üçdə ikisindən çoxunu itirib.

Son həftələr Tehranda və başqa şəhərlərdə sporadik küçə etirazları baş verib, sakinlər qiymətlərin bahalanmasına, işsizliyə etiraz edirlər.

Human Rights Watch (HRW) insan haqları təşkilatı sentyabrın 5-də İran hakimiyyətini hüquq müdafiəçilərinə təzyiqi artırmaqda suçlayıb, deyib ki, belə bir siyasət “yalnız dinc narazılar arasında sabitsizliyi qızışdırır”.

“Milyonlarla iranlı üçün gündəlik həyatın getdikcə çətinləşdiyi bir məqamda hüquq müdafiəçiləri kollektiv problemlərin həllinin əsas hissəsinə çevrilməlidirlər, hökumətin təzyiq kampaniyasının hədəfi olmamalıdırlar”, – HRW-nın Yaxın Şərq üzrə direktoru Sarah Leah Whitson deyib.

XS
SM
MD
LG