Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 20:51

Kabildəki partlayışlara görə İŞİD məsuliyyəti götürüb


Kabildəki partlayış yeri

Sentyabrın 5-də Kabildə azı 26 nəfərin ölümünə səbəb olmuş iki partlayışa görə məsuliyyəti İslam Dövləti (İŞİD) terrorçu qruplaşması üzərinə götürüb.

Qruplaşma bu gün Amaq xəbər agentliyi vasitəsilə məsuliyyətini bəyan edib ki, bildirib ki, intiharçılar “kafirlərin toplantısı”nı hədəfə alıblar.

Kabilin əsasən şiələr yaşayan ərazisində güləş klubunda törədilmiş partlayışda azı 91 nəfər yaralanıb, 40 dəqiqə sonra xilasedicilər və jurnalistlərin yığışdığı yerdə maşın partladılıb.

Yanvardan bəri Kabildə azı 17 hücumda azı 430 nəfər öldürülüb.

Bu gün səhər Əfqanıstanın şimal-qərbindəki Badğis vilayətində isə taliban yaraqlılarının qurduğu pusquda 11 əsgər həlak olub. Atışma zamanı azı 13 yaraqlının da qətlə yetirildiyi bildirilir.

XS
SM
MD
LG