Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:55

İrandan xəbərdarlıq: Nüvə fəaliyyəti ‘gücləndirilə bilər’


Donald Trump (solda) və Hassan Rohani
Donald Trump (solda) və Hassan Rohani

Rusiya, Çin və Avropa ölkələri Birləşmiş Ştatların yoluyla gedərsə və İranla 2015-ci il nüvə sazişinə əməl etməzsə, Tehran nüvə proqramını yenidən işə salacaq və daha yüksək səviyyədə uran zənginləşdirəcək. Belə bir xəbərdarlıqla İranın nüvə agentliyi çıxış edib.

“Həmkarlarımız nüvə sazişindən çıxarsa, öncəki səviyyəyə qayıtmayacağıq, daha qabaqcıl səviyyəyə çatacağıq”, – Atom Enerjisi Təşkilatının sözçüsü Behrouz Kamalvandi sentyabrın 5-də IRIB dövlət televiziyasına deyib.

NÜVƏ SAZİŞİNİN EFFEKTİ

İran liderləri bundan öncə də dəfələrlə deyiblər ki, nüvə sazişi pozularsa, yüksək səviyyədə uran zənginləşdirmə fəaliyyətini bərpa edəcəklər. Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Behrouz Kamalvandi
Behrouz Kamalvandi

Birləşmiş Ştatlar mayda nüvə sazişindən çıxıb, amma sənədi imzalamış digər ölkələr – Britaniya, Fransa, Almaniya, Çin, Rusiya və Avropa İttifaqı ona əməl edəcəklərinə söz veriblər. Ancaq İran sənədin vəd etdiyi iqtisadi faydaların kəsilməməsini tələb edir.

Tehran bu ölkələrin ABŞ-ın bərpa etdiyi iqtisadi sanksiyaların mənfi təsirlərini önləyə biləcəyinə skeptik yanaşır. Artıq İran rialı sürətlə ucuzlaşmaqdadır.

Ötən həftə ali dini lideri ayətulla Ali Khamenei deyib ki, ölkənin milli maraqlarına daha cavab verməzsə, İran razılaşmanı “bir kənara atmağa” hazır olmalıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyi isə İranın sazişə əməl etdiyinə zəmanət verib.

Ayətulla Ali Khamenei
Ayətulla Ali Khamenei

Nüvə sazişi İrana mülki məqsədlərlə, aşağı səviyyədə uran zənginləşdirməyə icazə verib. Amma İran agentliyinin sentyabrın 5-də verdiyi açıqlamaya görə, onlar artıq sazişdən öncəki səviyyəni arxada qoyublar. Bu, nüvə sazişinin səmərəsi barədə suallar yaradır.

TRUMP GÖRÜŞƏ HAZIRDIR

ABŞ prezidenti Donald Trump sazişdən çıxmasını onunla izah edirdi ki, bu sənəd Tehranın nüvə silahı hazırlamaq qabiliyyətini əngəlləyə bilməyib.

Vaşinqtonla Tehran arasında gərginliyin artmasına baxmayaraq, Trump sentyabrın 5-də deyib ki, yeni nüvə sazişi üzrə İranla danışıqlara hələ də açıqdır.

O, Ağ evdə jurnalistlərə söyləyib ki, bu ayın sonunda Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində iranlı həmkarı Hassan Rohani ilə görüşmək istərdi.

“Bu mümkündür, hər şey mümkündür. İranla nə baş verəcəyini görəcəyik. Danışmaq istəyirlər, ya yox, öz işləridir, mənlik deyil”, – Trump vurğulayıb.

Sentyabrın 26-da Trump BMT Təhlükəsizlik Şurası üzvlərinin dövlət başçılarının iclasına sədrlik edəcək. Məqsəd şuranın qətnamələrini pozduğu iddia olunan Tehrana təzyiqi gücləndirməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG