Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Tbilisidə mediaforuma buraxılmadılar


Tbilisidə mediaforuma etiraz
Tbilisidə mediaforuma etiraz

Tbilisidə keçirilməli olan Cənubi Qafqaz media forumuna 3 çıxışçını buraxmayıblar. “Medianın rolu və regionda etimadın gücləndirilməsi” adlı forum Rusiyanın Prezident Qrantları Fondunun dəstəyilə keçirilir.

“İzvestiya” qəzetinin və TASS agentliyinin hərbi təhlilçisi Viktor Litovkin, Rusiya Cəmiyyəti Tədqiqatçıları Assosiasiyasının prezidenti Gennadiy Bordyuqov və MGİMO-nun qlobal problemlər mərkəzinin aparıcı elmi əməkdaşı Aleksei Tokarev Tbilisi aeroportunda pasport nəzarətindən keçə bilməyiblər.

Rusiyalı politoloqlar və jurnalistlər Tbilisidə master klas və təlim keçməliydilər. Gürcüstan Xarici İşlər Nazirliyi onların ölkəyə buraxılmamasını “İşğal olunmuş ərazilər” barədə qanunu pozmaları ilə izah edib.

Tədbirin təşkilatçıları onun tamamilə neytral xarakter daşıdığını bildiriblər.

HAKİM PARTİYA TƏHLÜKƏ GÖRMÜR, MÜXALİFƏTSƏ...

Çıxışçıların azalmasına baxmayaraq, mediaforum baş tutub. AzadlıqRadiosunun gürcü xidməti yazır ki, hakim partiya bu tədbiri təhlükəli saymır.

Parlamentin vitse spikeri Georgi Volski-nin fikrincə, Rusiyadan heç bir jurnalist, yaxud ekspert Gürcüstan hakimiyyətinin siyasətinə təsir göstərə bilməz.

“Milli mövqeyimizi çox yaxşı bilirsiz. Forumda buna hər hansı cəhd göstərilsə belə, bunda qorxulu bir şey görmürəm”, – o deyib.

Di gəl, müxalifət fərqli düşünür. “Avropa Gürcüstanı”nın təmsilçisi Georgi Kandelaki bildirir ki, məhz hazırkı hakimiyyət “Kremlin təbliğat maşını”na Gürcüstan ərazisində fəaliyyət göstərməyə hər cür şərait yaradır.

Tbilisidə beynəlxalq Cənubi Qafqaz forumu sentyabrın 7-dək davam edəcək.

Əsas müzakirə mövzuları regional siyasi mədəniyyətin xüsusiyyətləri, regionda medianın ənənələri və aktual trendləri və sairədir.

Forumda Gürcüstan və Rusiyayla yanaşı, Azərbaycan və Ermənistandan da jurnalistlər və media təmsilçiləri iştirak edir.

XS
SM
MD
LG