Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:56

Pensiya təyinatı tam elektronlaşmalıdır


İ.Əliyev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) informasiya sistemləri əsasında «Mərkəzləşdirilmiş elektron informasiya sistemi» (MEİS) yaradılacaq.

Azərbaycan prezidenti İlham Əliyevin əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə bu gün, sentyabrın 5-də imzaladığı fərmanda belə yazılır.

Vurğulanır ki, məqsəd vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək, ƏƏSMN-in strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Fərmana əsasən, nazirliyin üzərinə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin işə salınması ilə bağlı vəzifələr qoyulub.

Nazirlik 3 ay ərzində əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədilə «e-sosial» internet portalını yaratmalıdır. 6 ay ərzində isə məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsindən ötrü altsistem qurulmalıdır.

Fərmanla ədliyyə, maliyyə nazirliklərinə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib.

Nazirlər Kabinetinə də tapşırılıb ki, 6 ay ərzində əmək, məşğulluq, sosial müdafiə, sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçiddən ötrü qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlasın.

Multimedia

XS
SM
MD
LG