Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:03

Rusiya Belarusa neft ixracını məhdudlaşdıracaq


Rusiya prezidenti Vladimir Putin (sağda) belaruslu həmkarı Alyaksandr Lukashenka ilə görüşdə, 22 avqust, 2018-ci il
Rusiya prezidenti Vladimir Putin (sağda) belaruslu həmkarı Alyaksandr Lukashenka ilə görüşdə, 22 avqust, 2018-ci il

Rusiya Belarusa rüsumsuz neft ixracını məhdudlaşdırmaq, daha şəffaf neft sazişi əldə etmək istəyir. Bunu Rusiya maliyyə nazirliyinin vergi departamentinin rəhbəri Alexei Sazanov sentyabrın 3-də “Reuters” informasiya agentliyinə müsahibəsində deyib.

Rusiya, Belarus və Qazaxıstan arasında rüsumsuz ixrac razılaşması var, Moskva Minskə ixrac rüsumu qoyulmayan xam neft və neft məhsulları göndərir. Belarus daha sonra bu məhsulları yenidən ixrac edir və bundan qazanır.

BELARUSA SƏRF EDİR, RUSİYAYA YOX

Rusiya bu razılaşmadan ildə milyardlarla rubl itirdiyindən yeni saziş əldə etməyə çalışır. Bu arada Qərbin təzyiqləri güclənir, Moskvanın maliyyə işlər heç də yaxşı getmir.

“Belarusa neft məhsulları verən Rusiyanın büdcəsi ixrac rüsumundan itirir”, – Sazanov deyib.

Belarus, arxiv fotosu
Belarus, arxiv fotosu

Rusiya hər il Belarusa 2 milyon tona yaxın neft məhsulunu rüsumsuz verir və indi bunu 100 min -300 min tona salmaq istəyir. Bunu deyən Sazanov planın nə vaxt gerçəkləşəcəyini açıqlamayıb.

Rusiya indiyədək keçmiş sovet qonşusunu geosiyasi orbitində saxlamaqdan ötrü ona ucuz enerji və kredit verib. Ancaq indi görünür, bunu məhdudlaşdırmaq istəyir.

“Belarusa Rusiyadan neft məhsulları almaq sərf edir… sonradan bu məhsulları ixrac edir və rüsumları büdcəsinə yönəldir”, – deyən Sazanov bu sxemi Belarus iqtisadiyyatının “gizli subsidiyalaşması” adlandırıb.

“Münasibətlərin daha şəffaf olması yaxşıdır”, – o, sözlərinə əlavə edib.

“Reuters” yazır ki, Belarus təkcə gələn il Rusiyanın yeni vergi siyasətindən 300 milyon dollar itirə bilər.

Sazanovun sözlərinə görə, gömrük ittifaqının üzvü olmasına baxmayaraq, vergi siyasətini dəyişmək Moskvanın suveren hüququdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG