Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 00:46

'Güzəştli mənzil' sistemində yenə problem yarandı


Güzəştli mənzillərin satış problemi
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Güzəştli mənzillərin satış problemi

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində sosial mənzillərin bu gün, sentyabrın 5-i, saat 11:00-a planlaşdırdığı elektron satışı prosesi baş tutmayıb. Elektron sistemdə problem yarandığı bildirilir.

MİDA-nın sentyabrın 5-də yaydığı ilk açıqlamaya görə, saat 11:00-a təyin edilmiş mənzillərin satışı prosesi təxirə salınıb. Satış prosesinin saat 15:00-a keçirildiyi bildirilir.

Problemin vətəndaşların «Güzəştli mənzil» sistemində yaratdıqları elektron kabinetlərə giriş edə bilmədikləri üzündən yarandığı deyilir.

MİDA-nın sentyabrın 5-də yayılmış sonuncu açıqlamasında isə vurğulanır ki, mənzil əldə etmək istəyən vətəndaşların «Güzəştli mənzil» sistemində yaratdıqları elektron kabinetlərə giriş artıq aktivləşdirilib.

Elektron kabinetlərinə giriş edə bilməyənlərdən 108 Çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.

Güzəştli mənzillərin satışı ikinci dəfə təşkil olunur. İlk satış mayın 7-də başlanmış, ancaq nəticələri ləğv edilmişdi. Həmin vaxt bəzi insanlar prosesdə şəffaflığın olmadığını, mənzillərin əvvəlcədən satılıb qurtardığını bəyan etmişdilər. Ancaq MİDA açıqlamışdı ki, vətəndaşların satış prosesinin aparıldığı «Elektron hökumət» portalına daxil olmasında ciddi problemlər yaranıb.

MİDA 5 binada 324 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzilləri satışa çıxarıb. Yalnız «Güzəştli mənzil» sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.

MİDA-nın təklif etdiyi 1-otaqlı mənzillərin qiyməti 29 min 925, 2-otaqlılar 47 min 282, 3-otaqlıların qiyməti isə 65 min 626 manatdan başlayır.

Mənzillərin satışı dekabrın 5-də başa çatmalıdır.

Xatırlatma

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. Yasamal Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

Ötən il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa ediləcək 11 binadan birincisinin təməlini qoyub.

XS
SM
MD
LG