Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:59

Lieberman Suriyada İranı ‘vuracaqlarını’ deyir


Avigdor Lieberman (solda) rusiyalı həmkarı Sergei Shoigu ilə, arxiv fotosu
Avigdor Lieberman (solda) rusiyalı həmkarı Sergei Shoigu ilə, arxiv fotosu

İsrail hətta digər ölkələrin ərazisində belə özünü İrandan qorumaqda haqlı sayır və “İranın Suriya ərazisində istənilən hərbi iştirakını məhv edəcək”. Bunu İsrailin müdafiə naziri Avigdor Lieberman “Currenttime TV”yə müsahibəsində deyib.

“BUNA HAZIR DEYİLİK”

Ta əvvəldən Suriyayla bağlı aydın siyasət yürütmüşük: onların daxili işinə qarışmırıq. İranın Suriyanı özünün İsrailə qarşı forpostuna çevirməsinə də hazır deyilik. İran ayətullaları hər gün İsrailin məhvindən danışırlar. Bu səbəbdən İranın Suriya ərazisində istənilən hərbi iştirakını darmadağın etməyə çalışacağıq. Bunun hərbi hava bazası, donanma bazası, raket istehsalı, yaxud İraqdan, Pakistandan və özlərinin Yaxın Şərqindən gətirdikləri şiə yaraqlıları olması əhəmiyyət kəsb etmir”, – nazir deyib.

Apreldə İsrail Hizbullah hərbi qruplaşmasının Dəməşq regionundakı anbarlarını vurmuşdu. Mayda isə Suriyada İrana məxsus olduğu iddia edilən obyektlərə zərbələr endirilmişdu. İsrail özünün xüsusi xidmətinə istinadla iddia edirdi ki, İran həmin obyektlərdən kəşfiyyat və logistika üçün istifadə edir.

İsrail ordusu bu ilin martında Suriyada şübhəli nüvə reaktorunu vurduğunu açıqladı
İsrail ordusu bu ilin martında Suriyada şübhəli nüvə reaktorunu vurduğunu açıqladı

Rusiya hərbçiləri isə İsrailin zərbələrinə reaksiya vermədilər.

Avantüra axtarmırıq. Heç vaxt başqa bir ölkəni məhv etməyə hazır olduğumuzu deməmişik. Əksinə, hamıyla sülh razılaşması imzalamağa, əməkdaşlığa hazırıq. Hamıya izah etməyə çalışırıq: heç kəsə toxunmaq istəmirik, bizə də toxunmayın. Öz maraqlarımızı müdafiə edəcəyik. İsrail balaca ölkədir, arxada Yerusəlimdir, geri çəkilməyə yerimiz yoxdur. Bu səbəbdən suverenliyimizi, yaşam hüququmuzu qətiyyətlə müdafiə edəcəyik. Təhdidin kimdən, hansı coğrafi nöqtədən gəlməsi vacib deyil, onu dəf etməyə hazır olacağıq”, – Lieberman vurğulayıb.

RUSİYAYA GƏLİNCƏ...

Müdafiə nazirinin sözlərinə görə, İranın Suriyada hərbi iştirakı təkcə İsrailin deyil, bir sıra ölkələrin, məsələn, Rusiyanın da maraqlarına cavab vermir.

Məncə, Rusiya Suriyanın iqtisadiyyatını inkişaf etdirmək istəyir və ona görə də Suriyada sabitliyin olmasında maraqlıdır. İranın Suriyada iştirakı isə sabitliyi pozur və ona təhdid yaradır. Rusiyayla İsrailin Suriyada maraqları çox şeydə üst-üstə düşür: bu, sabitlik və İranın hərbi iştirakının olmamasıdır. Rusiya Suriyada çoxmərtəbəli evlər tikəcək, yoxsa kənd təsərrüfatı ilə məşğul olacaq, bu, bizi o qədər də maraqlandırmır”, – Lieberman vurğulayıb.

Avqustun sonunda Tehranla Dəməşq hərbi razılaşma imzalayıblar. Bu sənəd Tehranın Suriyada hərbi iştirakını gücləndirir və legitimləşdirir.

Suriya ordusu Rusiya və İranın köməyi ilə İdlib əməliyyatına hazırlaşır. ABŞ və Avropa İttifaqı bu əməliyyata qarşı çıxsa da, Moskvayla Dəməşq onu İdlibdə çoxsaylı “terrorçular”ın olması ilə izah ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG