Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Kocharian-a səyahət qadağası qoyulub


Robert Kocharian

Vəkil Aram Orbelyan bu qərarı qanunsuz adlandırıb, şikayət verəcəklərini deyib.

***

Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) keçmiş prezidenti Robert Kocharian-ın ölkədən çıxmamasına dair qərar verib. Bu haqda AzadlıqRadiosu-nun erməni xidməti XİX-in mətbuat katibi Marina Oganjanian-a istinadla yazır.

Mətbuat katibi deyib ki, Kocharian-ın pasportu qanuni əsaslarla onlardadır.

İkinci prezidentin vəkillərinin deməsinə görə, onlar hələlik, qərarla tanış olmayıblar.

Vəkil Aram Orbelyan deyib ki, “belə bir qadağa varsa, onun qanuni əsaslarını tələb ediblər ki, şikayət verə bilsinlər”.

Orbelyan Robert Kocharian-ın tibbi müayinədən ötrü Almaniyaya getməli olduğunu bildirib. O, keçmiş prezidentin bu yolla istintaqdan yayınmağa çalışması fikrini rədd edib.

Kocharian 2008-ci ilin 1-2 mart hadisələri ilə əlaqədar “konstitusion quruluşu devirmək”də ittiham olunur. O zaman seçkini uduzmuş Levon Ter-Petrossian-ın tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdilər. Seçkinin nəticələrinə etiraz edənlərlə güc qüvvələri arasında qarşıdurma yaranıb, 10 nəfər həlak olub. Kocharian fövqəladə vəziyyət elan edəndən sonra etirazlar da dayandı.

İyulun 27-də məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Ancaq avqustun 13-də apelyasiya məhkəməsi bu qərarı ləğv edib, Kocharian həbsdən buraxılıb. Məhkəmə prezidentin toxunulmazlıq hüququnu əsas gətirib.

XS
SM
MD
LG