Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Erdogan İdlibdə ‘qırğın olacaq' deyir


İdlib regionu Rusiyanın hava zərbəsindən sonra
İdlib regionu Rusiyanın hava zərbəsindən sonra

Suriyanın İdlib vilayətinə hücum “qırğın”a səbəb olar. Bu xəbərdarlıqla Türkiyə prezidenti Recep Tayyip Erdogan çıxış edib. Qeyd edək ki, Suriyada hökumət qüvvələri üsyançıların əlində olan sonuncu böyük regiona hücuma hazırlaşırlar.

“Oraya raket yağdırılsa, qırğın baş verə bilər”, – Erdogan sentyabrın 5-də Qırğızıstana rəsmi səfərdən qayıdarkən jurnalistlərə deyib.

“ÇOX QƏDDAR PROSES”

Erdogan İdlibdə “çox qəddar proses”in getdiyini deyib, ağır döyüşlərin Türkiyəyə qaçqın axını yaradacağı xəbərdarlığını edib.

Muhambal şəhəri Rusiyanın hava zərbələrindən sonra
Muhambal şəhəri Rusiyanın hava zərbələrindən sonra

Bu məqamda Suriya əsgərləri Türkiyəylə sərhəddə yerləşən vilayətin ətrafına yığışırlar.

Sentyabrın 4-də Suriya prezidenti Bashar al-Assadın əsas müttəfiqi olan Rusiya İdlibə hava hücumlarını bərpa edib. Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, azı 12 nəfər öldürülüb. Hava zərbələrinə 22 günlük fasilə verilmişdi.

İdlibdə 3 milyon nəfər yaşayır və BMT xəbərdarlıq edib ki, buraya hücum nəticəsində 800 min nəfər evindən didərgin düşə bilər.

İndiyədək müharibədə 400 mindən çox adam həlak olub, milyonlarla adam köçkünə çevrilib.

Türkiyə münaqişədə müxalifət qruplarını dəstəkləyir, amma Rusiya və İranla birlikdə danışıqlara da sponsorluq edir.

Erdogan sentyabrın 7-də Tehranda Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Hassan Rohani ilə görüşəcək, Suriyadakı durumu müzakirə edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG