Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 07:06

QMİ: 'Uşaqların təziyyələrdə iştirakı düzgün deyil'


Məhərrəm ayının başlanması və bu ayda Aşura təziyyələriylə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası fətva verib.

Fətvada bildirilir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edir.

Sənəddə vurğulanır ki, hicri-qəməri təqvimlə 61-ci il məhərrəm ayının Aşura günü (yəni, ayın 10-u) İslam peyğəmbərin nəvəsi İmam Hüseyn və onun tərəfdarları qətlə yetirilib.

Şuranın bildirməsinə görə, bu hadisə yüz illərdir ki, yad edilir.

Fətvada daha sonra yazılıb: «İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə, ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir».

Fətvada uşaqların təziyyə məclislərində iştirakı da qeyri-məqbul sayılır.

Şura vurğulayır ki, Səhiyyə Nazirliyi və QMİ hər il Aşura günü könüllü qanvermə aksiyası keçirir. Fətvada bədənə xəsarət yetirməkdənsə, xəstə adamlara könüllü qan vermək daha düzgün sayılır.

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Multimedia

XS
SM
MD
LG