Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:45

Kreml Macron-nun dediyini rədd edir


Vladimir Putin (sağda) və Emmanuel Macron, arxiv fotosu

Kreml Fransa prezidenti Emmanuel Macron-un dediyini rədd edib. Macron demişdi ki, Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqını parçalamağı arzulayır.

Macron ötən həftəsonu İsveçin SVT ictimai televiziyasına müsahibəsində deyib ki, Aİ ilə bağlı məkirli planlar qurmasına baxmayaraq, Putinə sayqıyla yanaşır, onunla işləmək istəyir.

“Rusiyayla yeni təhlükəsizlik və müdafiə arxitektura qurmağın gərəkdiyini deyən liderlərdən biriyəm, bu müzakirə Rusiyayla aparılmalıdır. Amma Vladimir Putinin arzusu Avropa İttifaqını dağıtmaqdır”, – Macron deyib.

Peskov isə bu iddiaları danır.

“Aİ-nin çiçəklənməsi və sabitliyi bizim marağımızdadır. Prezident Putin bunu bir sıra hallarda açıq şəkildə bildirib və bunu dəyişmək planı yoxdur”, – Peskov Moskvada jurnalistlərə söyləyib.

Peskovun iddiasına görə, Rusiya prezidenti blok üzvü ölkələrlə mnasibətləri inkiaf etdirməyə, birliyi möhkəmləndirməyə çalışır.

Macron Putinlə bu yay Rusiyada keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində görüşüb. Kubokun qalibi Fransa olub.

XS
SM
MD
LG