Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

'Dövlət bu şirkətlərdən canını qurtarmalıdır...'-Media icmalı


Sizcə Konstitusiya Məhkəməsi dollarla kredit götürənlərə nə güzəşt edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Sizcə Konstitusiya Məhkəməsi dollarla kredit götürənlərə nə güzəşt edə bilər?

Bakıda yeni salınan parklar, problemli kreditlərin artması, «Azərsu» ASC-nin ötən ili yarım milyard manatdan çox zərərlə başa vurması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Problemli kreditlər «şişir»

«Novoye Vremya» qəzetində «Problemli kreditlər- qaytara bilmək nöqtəsi keçilib» sərlövhəli yazı oxumaq olar.

Müəllif 2015-ci ildən etibarən ölkə gündəmində olan və hələ də aktuallığını saxlayan problemli kreditlər sahəsindəki vəziyyətdən bəhs edir.

Yazıda xatırladılıb ki, üç ay öncə bank rəhbərləri ilə Azərbaycan Banklar Assosiasiyası təmsilçiləri arasında görüş keçirilib. Görüşdə belə kreditlərin həcmini azaltmaq müzakirə edilib. Müəllifin fikrincə, görüş nəticəsiz başa çatıb.

Yazıda vurğulanır ki, problemli kreditlərin həcmində son aylar da artım var: «Bu il avqustun 1-nə problemli kreditlərin həcmi 1 782.1 milyon manat olub. Bu da iyul ayı ilə müqayisədə 2.1 faiz artım deməkdir. İlin əvvəli ilə müqayisədə isə problemli kreditlər 9.55 faiz artıb. Ümumi kredit portfelində onun payı 14.6 faiz təşkil edir».

Müəllif hesab edir ki, problemli kreditlərin həlli sahəsində bankların ümumi strategiyası yoxdur. Üstəlik, bank faizləri də aşağı salınmır: «Əgər banklar kreditlərin geri qaytarılmasını istəyirlərsə, borclulara güzəşt etməlidirlər və bunun üçün şərait yaratmalıdırlar. Bu, həm bankların, həm də borcluların marağındadır».

Yazıda vurğulanır ki, ölkədəki iqtisadi və maliyyə problemləri əhalinin bütün təbəqələrinə təsir edib, gəlirlər azalıb, iş yerləri bağlanıb.

Müəllifə görə, son üç ildə baş verənlər göstərir ki, dövlətin müdaxiləsi olmadan problemli kreditlər məsələsi həllini tapmayacaq.

Azərsu
Azərsu

«Azərsu» ASC özəlləşdirilməsə…

Musavat.com saytında ««Azərsu» yarım milyarddan çox ziyandadır- gəlirlər xərcləri ödəmir» sərlövhəli yazı yer alır.

Yazıda «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) 2017-ci il üzrə hesabatına əsasən bildirilir ki, bu qurumun 508 milyon 350 min manat borcu var.

Yazıda vurğulandığına görə, qurumun hesabatında mövcud vəziyyəti doğuran səbəblərdən biri kimi su-kanalizasiya xidmətlərinin qiymətinin maya dəyərindən təqribən iki dəfə aşağı olması göstərilib.

Müəllif bu hesabatdan irəli gələrək, yaxında su-kanalizasiya xidmətinin bahalaşa bilməsi ehtimalını diqqət mərkəzinə çəkir.

Ekspert P.Heydərov sayta deyib ki, bu problemin yeganə həlli yolu bu xidmətin özəl sektora verilməsidir: «Bu, təkcə «Azərsu»nun yox, bütün inhisarçı qurumların ümumi problemidir. Nə qədər ki, «Azərsu» və digər iri səhmdar cəmiyyətlərin qapıları özəl mülkiyyətçilərin üzünə açılmayıb, bu qurumlar özəlləşdirilməyib, o vaxta qədər bu kimi hallar özünü göstərəcək».

P.Heydərov deyib ki, kifayət qədər dövlət dəstəyi, güzəştli kreditlər verilməsinə baxmayaraq, istər «Azərsu» ASC, istərsə də «Azərenerji» ASC illərdir zərərlə işləyirlər, gəlirlər xərcləri ödəmir: «Suyun qiymətinin artırılması ilə də məsələ həllini tapmayacaq. Artıq bu qurumların özəlləşdirilməsinə ehtiyac var və bu, günün tələbidir. Dövlət bu şirkətlərdən canını qurtarmalı, bu yükü üzərindən atmalıdır. Əks təqdirdə, bu qurumlar ziyanla fəaliyyət göstərməkdə davam edəcək».

P.Heydərov hesab edir ki, «Azərsu» ASC kimi qurumların zərərlə işləməsinin səbəbi məhz idarəetmədəki problemlərdir: «Əgər bir qurum maliyyə dəstəyi aldığı halda fəaliyyətində gəlirlər xərcləri ödəmirsə, deməli, problem idarəetmədədir».

Su və kanalizasiya xidmətlərinin maya dəyərinin satış qiymətindən 2 dəfə yüksək olması haqqında qurumun iddiasına gəlincə, ekspert deyir ki, «Azərsu» ASC maya dəyərinin necə hesablandığını açıqlamalıdır.

İdarəetmə və şəffaflıqla bağlı ekspertin fikirlərinə «Azərsu» ASC-dən münasibət almaq mümkün olmayıb.

Bakı
Bakı

Qədim və müasir Bakı

«Azərbaycan» qəzetində «Tarixi qədim, siması müasir Bakı» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, XX əsrin sonlarına kimi Bakının «fəhlə şəhəri» obrazı olub, hazırda isə Şərq-Qərb mədəni dəyərlərini sintez edən mədəniyyət mərkəzinə dönüb.

Yazıda bildirir ki, sosial-iqtisadi inkişaf paytaxtın mədəni həyatına yeni çalar gətirib: «...Qara damlar və gecəqondular sökülür. Tarixi qədim, siması müasir Bakı bu gün göydələnlər şəhəridir. Avropanın ən inkişaf etmiş mədəniyyət mərkəzlərini belə kölgədə qoyan paytaxtın «Alov qüllələri» də mavigözlü Xəzər, yüzilliklərin yadigarı, əfsanə və rəvayətləri ilə daşlaşmış tariximizi qoruyub saxlayan Qız qalası kimi Bakının rəmzinə çevrilib».

Yazıda mövzu ilə bağlı dövlət başçısı İlham Əliyevin bu ilin iyulunda Nazirlər Kabinetinin iclasındakı çıxışından da sitat gətirilir: «Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demirik. Bunu, demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında, Bakı parlayan bir ulduzdur. Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik».

Müəllif daha sonra Bakının bulvar və parklarından, son illər görülən mədəni quruculuq işlərindən bəhs edir: «Bakı gündən-günə böyük meqapolisə çevrilsə də, parkların qorunub saxlanması çox gözəl təşəbbüsdür. Heç bir böyük şəhəri parklarsız təsəvvür etmək mümkün deyil. Paytaxtın gözoxşayan mənzərələri, park və xiyabanları, onun əcnəbi qonaqları heyran etməsi də bir daha inkişafını təsdiqləyən faktlardandır...».

XS
SM
MD
LG