Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:01

BMT Suriyadakı vəziyyətlə bağlı bəyanat yayıb


İdlib şəhərinin üsyançıların əlində olan hissəsi
İdlib şəhərinin üsyançıların əlində olan hissəsi

BMT-nin Suriya üzrə nümayəndəsi deyib ki, Rusiya və Türkiyə prezidentləri İdlib qəzasında “qan tökülməsinin” qarşısını almaq üçün təcili qaydada addımlar atmalıdırlar.

Staffan de Mistura sentyabrın 4-də Cenevrədə deyib ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında telefon söhbəti “çox böyük fərq yarada bilər”.

O bu bəyanatı verərkən Suriya hökumət qoşunları İdlib üzərinə hücuma hazırlaşır. İdlib anti-Assad qiyamçılarının son istehkamıdır.

***

Rusiya bir neçə həftəlik fasilədən sonra İdlib vilayətinə hava zərbələri endirməyə başlayıb.

Rusiya hava reydlərini avqustun 15-də dayandırmışdı. Ancaq Suriya hökumət qüvvələri buradakı üsyançıların bombalanmasını davam etdirib. Məlumatı Suriya İnsan Haqları Təşkilatı yayıb.

***

ABŞ prezidenti Donald Trump Suriya prezidenti Bashar al-Assada və onun müttəfiqləri olan İranla Rusiyaya xəbərdarlıq edib. Trump onları üsyançıların əlindən olan vilayətə “tələsik hücum etməməyə” çağırıb, bu hücum zamanı yüzminlərlə adamın həlak ola biləcəyini deyib.

“Rusiyalılar və iranlılar bu potensial insan faciəsində iştirak etməklə ağır humanitar səhvə yol vermiş olarlar. Yüzminlərlə adam öldürülə bilər. Buna yol verməyin!” – Trump sentyabrın 3-də Twitter-də yazıb.

“KİMYƏVİ SİLAHLARA YOX DEYİRİK”

Suriya hökumət qüvvələri Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayətinə böyük hücuma hazırlaşır. Burası üsyançıların əlində qalan sonuncu iri anklavdır.

Donald Trump
Donald Trump

Artıq vilayətin ətrafına minlərlə hökumət əsgəri və müttəfiq döyüşçülər yerləşdirilib.

İdlibdə 3 milyon nəfər yaşayır və BMT xəbərdarlıq edib ki, buraya hücum nəticəsində 800 min nəfər evindən didərgin düşə bilər.

İndiyədək müharibədə 400 mindən çox adam həlak olub, milyonlarla adam köçkünə çevrilib.

Bu məqamda Vaşinqton və müttəfiqləri Rusiya və İranın Assada dəstəyini diqqət mərkəzinə gətirir, onun qəddar taktikasını, kimyəvi silahdan istifadə etməsilə bağlı iddiaları səsləndirirlər.

“Bütün nəzərlər Assad, Rusiya və İranın İdlibdəki hərəkətlərinə yönəlib. #KimyəviSilahlaraYoxDeyirik”, – ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Trump-dan bir neçə dəqiqə sonra Twitter-də yazıb.

MÜXALİFƏTİ FƏRQLƏNDİRMƏK

Elə dünən – sentyabrın 3-də İranın xarici işlər naziri Javad Zarif Dəməşqə səfəri zamanı İdlibin yaraqlılardan “təmizlənməsi”nə çağırır.

Bashar al-Assad Mohammad Javad Zarif-lə görüşür, 3 sentyabr, 2018-ci il
Bashar al-Assad Mohammad Javad Zarif-lə görüşür, 3 sentyabr, 2018-ci il

İran, Rusiya və Suriya adətən, silahlı opponentlərini “terrorçu” adlandırırlar. İdlibdəki üsyançıların əsas hissəsini Al-Qaedaya bağlı Hayat Tahrir al-Sham qruplaşmasının 10 min nəfərlik üzvü təşkil edir. Rusiya ordusu bu qüvvələri fərqləndirir, Türkiyəyə bağlı daha mötədil saydığı “müxalifət” qrupları ilə danışıqlar aparır.

Rusiyanın TASS dövlət xəbər agentliyi sentyabrın 3-də xarici işlər nazirinin müavini Oleg Syromolotov-a istinadla yazıb ki, “heç kəs İdlibdə dinc sakinlərin öldürülməsiylə nəticələnəcək əməliyyatlar istəməz”, “həll yolunun tapılması, müxalifətin Hayat Tahrir al-Sham-dan ayrılması üçün səylər göstərilir. Bu, yəqin ki, əsas məsələdir. Bu olunsa, həll yolu tapılacaq”.

İdlibə hücumdan öncə Türkiyə də Rusiya və İranla danışıqları gücləndirib, dəstəklədiyi üsyançı qrupları qorumağa çalışır. Ankara vilayətdə müşahidə missiyası kimi hərbçilər də yerləşdirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG