Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 14:34

Ermənistan Suriyanın bərpasına ‘qatılmaq istəyir’


Ara Babloyan (sağda) Mohammed Haj Ibrahim ilə görüşdə, 3 sentyabr, 2018-ci il

Ermənistan Suriyanın bərpasında iştirak etmək istəyir. Bunu Ermənistan parlamentinin spikeri Ara Babloyan sentyabrın 3-də Suriyanın Yerevandakı səfiri Mohamed Haj Ibrahim-lə görüşündə deyib.

Suriyanın hökumət qüvvələri Rusiya ordusunun köməyilə artıq ölkə ərazisinin böyük hissəsinə nəzarəti bərpa ediblər. Hazırda Dəməşq ölkənin yenidən qurulması, iqtisadiyyatın bərpasına yardım axtarışındadır.

Rusiya Qərbin Suriyanın bərpasında daha böyük rol oynamasını istəyir. Amma Birləşmiş Ştatlar və müttəfiqləri bundan ötrü şərtlər irəli sürürlər – BMT-nin nəzarəti altında seçki keçirilməli, ölkədə siyasi keçid gerçəkləşdirilməlidir. Vaşinqton Suriyanın dağılmasına görə prezident Bashar al-Assadı ittiham edir.

2011-ci ildən başlanan vətəndaş müharibəsi etnik erməni icmasına da ziyan vurub. On minlərlə suriyalı erməni evindən didərgin düşüb, çoxu elə Ermənistana sığınıb.

Babloyan görüşdə “tezliklə Suriyada sülhün, daxili siyasi sabitliyin və ictimai həmrəyliyin bərpa olunacağına” ümidini bildirib.

Səfir Ibrahim Suriyanın erməni icmasının ölkədə vacib rol oynadığını vurğulayıb.

XS
SM
MD
LG