Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:23

Brexit-dən sonra Britaniya ‘parçalana bilər’


Şimali İrlandiyada Brexit-ə qarşı plakat
Şimali İrlandiyada Brexit-ə qarşı plakat

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması Şotlandiyanın müstəqil olmasına və İrlandiyanın birləşməsinə dəstəyi artıra bilər. Bunu yeni rəy sorğuları üzə çıxarıb.

Sentyabrın 3-də “Britaniya üçün ən yaxşısı” adlı avropapərəst təşkilat rəy sorğularının nəticələrini açıqlayıb. Sorğuya görə, Brexit-dən sonra referendum keçirilsə, şotlandlar 47-43 səs fərqilə müstəqilliyə səs verər. Qalanları isə hələ fikrini dəqiqləşdirməyib.

Di gəl, Britaniya Avropa İttifaqında qalsa, bu rəqəmlər tərsinə oxunar.

2014-cü ildə keçirilmiş referendumda Şotlandiya 55-45 səs fərqilə müstəqilliyi rədd edib.

Brexit-ə etiraz edən
Brexit-ə etiraz edən

İki il sonra, 2016-cı ildə Britaniyada keçirilən referendumda Aİ-dən çıxmağa səs verildi. Həmin referendumda şotlandların çoxu Aİ-də qalmağa səs verib.

52 FAİZ İRLANDİYANIN BİRLƏŞMƏSİNƏ TƏRƏFDARDIR

Britaniya hökuməti 2014-cü il referendumunun Şotlandiyanın müstəqillik məsələsini həll etdiyini bildirir.

Yeni sorğulara görə, Britaniya Aİ-dən çıxarsa, İrlandiyanın birləşməsinə də dəstək artar.

Şimali İrlandiyada 52 faiz Brexit-dən sonra İrlandiyanın birləşməsinə, 39 faizsə Britaniyanın tərkibində qalmağa səs verəcəyini deyib.

İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında “sərt sərhəd” qurulsa, 56 faiz İrlandiyanın birləşməsinə səs verəcəyini deyib.

Ancaq Britaniya Aİ-də qalsa, İrlandiyanın birləşməsinə dəstək 35 faizə düşər.

Britaniyanın Aİ-dən çıxması 2019-cu ilin martına planlaşdırılır. Amma bu barədə razılaşma hələ danışıqlar mərhələsindədir.

“Britaniya üçün ən yaxşısı” təşkilatı isə Britaniyanı Aİ üzvlüyünü saxlamaq məsələsində obyektiv davranmağa çağırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG