Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 11:20

“Reuters”in müxbirləri məhkum edildi


Kyaw Soe Oo (solda) və Wa Lone məhkəmə zalında

Birma (Myanma) məhkəməsi “Reuters” informasiya agentliyinin iki jurnalistini yeddi illik həbsə məhkum edib. Onlar dövlət sirri qanununu pozmaqda təqsirli biliniblər.

Beynəlxalq ictimaiyyət bunu media azadlığına hücum adlandıraraq pisləyib.

Məhkəmə sentyabrın 3-də qərar çıxarıb. 32 yaşlı Wa Lone və 28 yaşlı Kyaw Soe Oo müstəmləkə dövrünə aid Rəsmi Sirlər Aktını pozmaqda təqsirli biliniblər. Belə ki, jurnalistlər Birmada rohinca böhranı haqda yazarkən konfidensial sənədlər əldə ediblər.

“Qorxmuram. Pis iş görməmişəm. Ədalətə, demokratiyaya, azadlığa inanıram”, – Wa Lone hökmdən sonra deyib.

Məhkəmə qərarından sonra “Reuters”in baş redaktoru Stephen Adler bunu həm agentliyin məhkum edilmiş jurnalistləri, həm də hər yerdə mətbuat üçün “kədərli gün” adlandırıb.

O, jurnalistlərin günahsız olduğunu deyib, Birma hökumətini qərarı “düzəltməyə” çağırıb.

Birləşmiş Ştatların Birmadakı səfiri Scot Marciel də hökmü pisləyib, bunun jurnalistlər və media azadlığından ötrü kədərli olduğunu deyib.

Birmanın qərbində təhlükəsizlik əməkdaşlarının rohinca müsəlmanlarını təqib etdiyi, 700 minədək etnik rohincanın Banqladeşə qaçdığı bildirilir.

XS
SM
MD
LG