Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:03

Braziliyada 200 illik muzey yanıb


Muzey yanır

Braziliyanın Rio de Janeyroda şəhərində 200 illik tarixi olan Milli Muzeydə böyük yanğın baş verib, rəsmilər 20 milyondan çox eksponatın məhv olması ehtimalını səsləndirirlər.

Prezident Michel Temer sentyabrın 2-də verdiyi bəyanatda deyib ki, vaxtilə imperatorların yaşadığı binanın dağılması “Braziliya üçün ölçüyəgəlməz itki”dir.

“İki yüz illik iş, tədqiqat, bilik məhv olub”, – o deyib.

Rəsmilər yanğının səbəbi, itkinin miqyası, zərərçəkənlər barədə informasiya verməyiblər.

1818-ci ildə Kral VI Joao tərəfindən əsası qoyulmuş muzeydə nadir kolleksiyalar, Misir eksponatları, Braziliyada tapılmış ən qədim insan qalıqları var idi.

Amma son illər ölkədə fərqli hökumətlərin səhlənkarlığı ucbatından muzey pis vəziyyətə düşmüşdü.

İyunda bu tarixi binanın bərpasına 5,35 milyon dollar ayrılıb.

XS
SM
MD
LG