Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

'20 il rüşvət verib tikintiyə icazə almaq...'-Media icmalı


V.Putin və İ.Əliyev
V.Putin və İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri, Bakıda bir sıra tikintilərin sökülməsinə yenidən başlanması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Qarabağ nağılı»

Azadliq.info saytında «Növbəti Qarabağ nağılının sonu» sərlövhəli yazı oxumaq olar.

Yazıda sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin Soçi şəhərində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü dəyərləndirilib.

Müəllif vurğulayıb ki, hələ bu görüş ərəfəsində Bakıda hakimiyyət təbliğatçıları Rusiyanın Qarabağı Azərbaycana qaytaracağından, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün əhəmiyyətindən bəhs ediblər.

Yazıda qeyd edilir ki, bu görüş də həmin təbliğatın yalan olduğunu üzə çıxardıb: «Soçi görüşü bütövlükdə iqtisadi görkəm aldı və Qarabağı yada salan olmadı. Daha doğrusu, hökumətimizin ülvi məhəbbət bəslədiyi Putin «Rusiya Qarabağ münaqişəsinin həllində səylərini davam etdirəcək» deməklə məsələyə son qoydu. Yəni, kosmetik də olsa, hər hansı jestdən, mesajdan əsər-əlamət olmadı».

Müəllif yazıb ki, bu görüşdə 25 ildir təkrarlanan ifadələr bir daha təkrarlanıb. Yazıda hesab edilir ki, bunun səbəbi Rusiyanın bütün dövrlərdə Ermənistanın yanında olmasıdır: «Təsadüfi deyil ki, Rusiya müdafiə nazirinin müavini «Bizim Qafqazda əsas müttəfiqimiz Ermənistandır» söyləmişdi. Hər iki ölkənin ordularının birləşdirilməsi, qondarma erməni soyqırımı abidəsinin ziyarət edilməsi, Qarabağda qan tökənlərin Rusiyada yüksək fəxri adlara layiq görülməsi də təsadüfi deyil».

Müəllif obrazlı ifadə ilə yazıb ki, bu görüşdə nəinki göydən 3 alma düşməyib, üstəlik, axıra qədər nağıl da danışmayıblar.

Kreml
Kreml

«Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığa əsaslanır»

Rəsmi AZƏRTAC agentliyi də prezident İ.Əliyevin Rusiya prezidenti V.Putinlə görüşü ilə bağlı bir çox yazı dərc edib. Onlardan birində də deputat Sevinc Fətəliyevanın düşüncələri «Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək» başlığı altında təqdim edilib.

Yazıda bildirilir ki, bu səfər çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın inkişafına dair mühüm sənədlər imzalanıb.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, deputat S.Fətəliyeva səfərin əhəmiyyətinə toxunaraq deyib: «Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığın bariz nümunəsidir. Həqiqətən də, iki ölkə arasında əlaqələrin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır, uğurla inkişaf edir».

Milli Məclisin deputatı bildirib ki, Rusiya-Azərbaycan münasibətləri regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir.

S.Fətəliyeva vurğulayıb ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də diqqət mərkəzində olub.

«Hesab edirəm ki, prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində əldə edilmiş razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfələr verəcək»,- S.Fətəliyeva deyib.

Bakıda böyük sökhasök başlandı
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

«Rüşvətin tikintiləri»

«Novoye Vremya» qəzetində «Qanunsuz tikintilərin söküntüsü: kampaniya, yoxsa, ciddi?» sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin səyi ilə paytaxtdakı qanunsuz hesab edilən tikintilərin sökülməsinə start verilib.

Müəllif yazıb ki, Bakıda qanunsuz tikintilər başlanğıcını Azərbaycanda «neft bumu» dövründə (2006-2014-cü illər) götürüb və həmin vaxtdan da bu mövzu daim gündəmdədir.

Yazıda daha sonra Bakı Şəhər İcra Hakimiyyətinə istinadən bildirilir ki, təkcə Xətai rayonunda 7 ərazidə belə tikintilər aşkarlanıb.

Müəllif hesab edir ki, əslində Azərbaycanda «qanunsuz tikinti» şərti anlayışdır: «Azərbaycanda heç bir icazə almadan böyük tikinti aparmaq bir yana, heç əlavə «balkon» artırmaq da mümkün deyil. Başqa sözlə, «şifahi icazə institutu» həmin bum dövründə işləyib, indi də işləməkdə davam edir. Heç kəsə də sirr deyil ki, korrupsiya, rüşvət bütün gücü ilə fəaliyyətdədir. İcazə isə müəyyən məbləğə görə verilir. Aydın olmur ki, qanunsuz tikintilərin bu həcmə çatmasına görə kim daha çox günahkardır- tikənlər, yoxsa baş verənlərə göz yumanlar?».

Müəllifin fikrincə, Azərbaycanda qanunsuz tikinti çox cəncəl məsələdir və burada hər şeyi bir buldozerlə həll etmək olmaz.

Yazıda vurğulanır ki, bu məsələdə həm sahibkarların və həm də sadə vətəndaşların maraqları nəzərə alınmalıdır: «Nə deyərsək deyək, 20 il ərzində rüşvət verib tikintiyə icazə almaq kimi sistemin olması onların günahı deyil. Bununla rüşvət verilməsini təqdir etmirik, amma vətəndaşlar öz obyektlərinin tikintisi üçün az pul xərcləməyiblər. Bir tərəfdən ölkədə kiçik və orta sahibkarlığın inkişafından danışılır, digər tərəfdən kommersiya obyektlərinin sökülməsi buna ziyan verə bilər».

XS
SM
MD
LG