Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:28

Türk Şurasının sammiti başlayıb


Sammit

Bu gün, sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına «Rux Ordo» Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb.

Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirak edir. Habelə, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov və Macarıstanın baş naziri Viktor Orban da sammitə qatılıb.

TDƏŞ-in hazırkı sədri, Qazaxıstan prezidenti N.Nazarbayev çıxış edərək VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsini təşkilatın fəaliyyətinin genişlənməsi və həmrəyliyin gücləndirilməsinin göstəricisi kimi dəyərləndirib.

Daha sonra Qırğızıstan prezidenti S.Jeenbekov, Azərbaycan prezidenti İ.Əliyev və digər dövlət, hökumət başçıları çıxış ediblər.

Xatırlatma

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzv ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır.

Təşkilat 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Təşkilatın Almatı, Bişkek, Qəbələ, Bodrum və Astanada beş zirvə görüşü keçirilib.

XS
SM
MD
LG