Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:08

Senator McCain dəfn olunub


John McCain-in Vaşinqtondakı anım mərasimi, 1 sentyabr, 2018-ci il

ABŞ senator John McCain sentyabrın 2-də dəfn olunub. O, Merilend ştatının Annapolis şəhərində ABŞ hərbi dəniz akademiyasının məzarlığında torpağa tapşırılıb

Vyetnam Müharibəsi dövründə əsir düşmüş və işgəncəyə məruz qalmış McCain avqustun 25, 81 yaşında beyin xərçəngindən dünyasını dəyişib.

O, prezident Donald Trump kimi respublikaçı partiyasının üzvü idi, ancaq onu tənqid edirdi. Trump isə McCain-in hərbi xidmətini lağa qoyurdu.

Rusiya prezidenti Vladimir Putinin açıq tənqidçisi olan McCain Trump-ın Moskvaya isti yanaşmasına qarşı çıxırdı.

McCain keçmiş respublikaçı prezident George W. Bush və keçmiş demokrat prezident Barack Obama-nın onun anım mərasimində çıxış etməsini istəmişdi.

Anım mərasimində McCain-in qızı Meghan birbaşa ad çəkməsə də, prezident Trump-ın “Amerikanı yenidən Böyük edək” şüarına eyham vurub.

“John McCain-in Amerikasının yenidən böyük olmağa ehtiyacı yoxdur, çünki Amerika həmişə böyük olub”, – o deyib.

2008-ci ildə prezident seçkisində McCain-i məğlub etmiş Obama keçmiş senatorun həqiqət və əsas demokratik dəyərlərə sadiq qaldığını vurğulayıb.

XS
SM
MD
LG