Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Avtoqəzada 17 nəfər öldü, üç naziri işdən çıxardılar.


illüstrativ foto
illüstrativ foto

Bolqarıstanda, avqustun 31-də, 17 nəfərin ölümü ilə nəticələnən avtobus qəzasından sonra, bu ölkənin baş naziri Boyko Borissov üç naziri işdən çıxarıb. Baş nazir deyib ki, xalqın dərin kədərinə səbəb olan bu hadisəyə görə məsuliyyət daşıyanlar cəzalanmalıdırlar, çünki qəzaya səbəb yolların pis vəziyyətdə olmasıdır.

Beləliklə, nəqliyyat naziri Ivaylo Moskovski, regional inkişaf naziri Nikolay Nankov və daxili işlər naziri Valentin Radev işdən çıxarılıb.

Radev mətbuat konfransında deyib ki, bütün siyasi məsuliyyəti öz üzərinə götürür və istefa verir.

Keçən il isə Bolqarıstanda avtomobil qəzalarında 678 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG