Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Avqust, bazar, Bakı vaxtı 22:35

Sosial mənzil 'paylayanlara' hökm oxundu


Bina

Bakıda tikilən sosial evlərdən almaq istəyən bir xeyli adam vardı ki, onların pullarını alıb özlərini aldatmışdılar. Aldadılanların prokurorluğa şikayətindən sonra dörd nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. Onlar da şərti cəza ilə canını qurtarıb. Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin dörd nəfərə – Eldar Salayev, Məhəmməd Qafarov, Leyla İsmayılovaÜlviyyə Abdalovaya hökm oxunub.

Keçmiş polis polkovniki olan E.Salayev «579 SSA» MMC-nin təsisçisi, M.Qafarov isə şirkətin direktoru olub. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edib adamları aldatmaqda suçlanan bu şəxslərə dələduzluq, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülmüşdü.

Məhkəmə bu ittihamların sübuta yetirildiyi nəticəsinə gəlib. Ancaq zərərçəkənlərdən alınan pulların qaytarılmasını əsas götürüb, təqsirləndirilən şəxslərə həbssiz cəza verilib. Dörd nəfərdən üçünə CM-in 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Öncədən də təqsirləndirilən şəxslərin heç biri həbsdə deyildi. Prokurorluqdakı araşdırmalar və məhkəmə dövrü üçün onların haqqında həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi. Məhkəmədə prokuror onlara ümumilikdə 26 il 6 ay həbs cəzası istəyəndən sonra Ü.Abdalova məhkəmə iclaslarına gəlmirdi. Ona görə də hakim Abdalovanın həbsi haqda qərar çıxarmış və bir neçə gün öncə o, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Hökmə əsasən, digər üç nəfərdən fərqli olaraq, Ü.Abdalovaya şərti yox, 7 il həbs cəzası verilib. Ancaq onun biryaşlı qızının olduğunu nəzərə alıb, hökmün icrası uşağın 14 yaşı tamam olana qədər təxirə salınıb. Abdalova məhkəmə zalından azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG