Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 20:49

'Qarabağ' 'Arsenal'a rəqib oldu


Azarkeşlər “Qarabağ”ın qələbəsini qeyd edir - CANLI YAYIMın təkrarı
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

Azarkeşlər “Qarabağ”ın qələbəsini qeyd edir - CANLI YAYIMın təkrarı

Bu gün, avqustun 31-də Fransada futbol üzrə Avropa Liqası 2018-19-cu il mövsümünün qruplarının püşkü atılıb.

Püşkatma mərasimini UEFA-nın saytı canlı yayımlayıb.

Püşkatmada ümumilikdə 48 komanda mübarizə aparıb. Həmin komandalar bundan sonra 12 qrupda mübarizələrini davam etdirəcəklər.

Püşkatmada qrup mərhələsində iştirak etmək hüququ qazanan Azərbaycanın «Qarabağ» klubunun da rəqibləri müəyyənləşib. «Qarabağ» qrup mərhələsinə yüksəlmək uğrunda mübarizədə Moldovanın «Şerif» klubunu ələmişdi. Bu cütlük arasındakı ilk oyunda «Şerif» minimal hesabla qalib gəlmişdi. Ancaq dünən, avqustun 30-da Bakıda keçirilən görüşdə «Qarabağ» rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.

Hər iki komanda mübarizəyə UEFA Çempionlar Liqasından başlayıb. «Şerif» II təsnifat mərhələsində Makedoniyanın «Şkendiya» klubuna iki oyunun nəticəsinə əsasən məğlub olub.

«Qarabağ» isə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın «Olimpiya», II mərhələdə isə Albaniyanın «Kukesi» komandasını mübarizədən kənarlaşdırıb. Ancaq Ağdam təmsilçisi III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olmuşdu.

«Qarabağ» Avropa Liqasının qrup mərhələsində İngiltərənin «Arsenal», Portuqaliyanın «Sportinq» və Ukraynanın «Vorskla» komandaları ilə mübarizə aparacaq.

XS
SM
MD
LG