Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Azərbaycan qızılından külçə hazırlanacaq


Qızıl

«AzerGold» Qapalı Səhmdar Cəmiyyəti (QSC) metal külçələrinin hazırlanması üzrə tender elan edib.

«Turan» agentliyinin məlumatına görə, bunu qurumun mətbuat katibi Əziz Xəlilov qızıldan və digər nəcib metallardan sikkələrin hazırlanması planı haqda danışarkən deyib. Onun sözlərinə görə, sikkələrin hazırlanması yerli, beynəlxalq bazarda qızıl hasil edən ölkə kimi tanınmaq, yerli sahibkarlıq subyektlərinə dəstək göstərmək və daxili bazarın inkişafı məqsədi güdür.

«999.9 əyarlı külçə və sikkələrin hazırlanması, onların «AzerGold» brendi altında təqdim edilməsi təkcə yerli bazarda malların müxtəlifliyini genişləndirməyəcək, həmçinin əlverişli iqtisadi münasibətlərin formalaşmasına təkan olacaq», - deyən A.Xəlilovun sözlərinə görə, nominal dəyəri olmayan qızıl və gümüş sikkələrin çəkisi 5, 10 və 20 qram olacaq.

A.Xəlilov habelə vurğulayıb ki, qızıl külçələr də 5, 10 və 20 qram olacaq. Birinci partiyanın ümumi sayının isə 4 min ədəddən çox olması nəzərdə tutulur.

«AzerGold» sözçüsünün deməsinə görə, qızıl və gümüş sikkələrin istehsalının ilkin mərhələsində üç müxtəlif dizaynda «Heydər Əliyev Mərkəzi», «Qobustan», «Çələbi» Qarabağ xalçalarının ornamenti satışa buraxılacaq. Bütün məhsullarda onun Azərbaycan qızıl/gümüşü olduğu qeyd ediləcək.

Xatırlatma

«AzerGold» QSC 2015-ci ilin fevralında prezidentin sərəncamı ilə yaradılıb.

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Həmin müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tuturdu.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

«AzerGold» QSC yaradıldıqdan sonra başqa yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

Multimedia

XS
SM
MD
LG