Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:48

Kocharian parlament seçkilərinə gedəcək


Robert Kocharian
Robert Kocharian

Ermənistanın ikinci prezidenti Robert Kocharian növbədənkənar parlament seçkisinə qatılacaq. Bunu o, Sputnik Armenia-ya müsahibəsində deyib.

Milli Assambleyaya gözlənən növbədənkənar seçkidə iştirakının mümkünlüyü barədə suala cavabında Kocharian deyib: “Siyasətə qayıtdığımı elan etmişəmsə, uyğun olaraq, seçkilərə də gedəcəyəm. Ancaq hələ vaxta çox var, durum da sürətlə dəyişir. Hələlik, format məsələsini açıq saxlamaq, təşkilati məsələləri həll etmək, hədəf qoymaq, siyasi dayaq saydığım şəxslərin səfərbərliyi üzərində işləmək lazımdır”.

“HEÇ NƏYİ İSTİSNA ETMƏK OLMAZ”

Onu Respublikaçı partiyası, yaxud “Çiçəklənən Ermənistan” partiyası dəstəkləyə bilərmi? Bu suala cavabında Kocharian deyib ki, Ermənistanda müxalifət qütblərindən birinə çevrilməyin mümkünlüyünü nəzərdən keçirir:

Yerevan, 1 mart, 2008-ci il
Yerevan, 1 mart, 2008-ci il

“Partiyalara gəlincə, bunu onlardan soruşmaq lazımdır. Mənə elə gəlir, durum zamanla elə dinamik inkişaf edəcək ki, heç nəyi istisna etmək olmaz. Amma təkrar edirəm, indi onların yerinə qərar verə bilmərəm. Hər şeydən əvvəl özümə, öz qüvvəmə, eləcə də ətrafımda birləşən vətəndaşlara bel bağlayıram”.

2008-ci ilin 1-2 mart hadisələri zamanı seçkinin nəticələrinə etiraz edənlərlə güc qüvvələri arasında qarşıdurma yaranıb, 10 nəfər həlak olub. O zaman seçkini uduzmuş Levon Ter-Petrossian-ın tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdilər. Kocharian fövqəladə vəziyyət elan edəndən sonra etirazlar da dayandı.

Bu cinayət işi çərçivəsində o vaxt prezidentlik postundan gedən Kocharian-a konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb.

İyulun 27-də məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Ancaq avqustun 13-də apelyasiya məhkəməsi bu qərarı ləğv edib, Kocharian həbsdən buraxılıb. Məhkəmə prezidentin toxunulmazlıq hüququnu əsas gətirib.

Baş prokurorluq isə apelyasiya məhkəməsinin qərarından kassasiya məhkəməsinə şikayət verib. Keçmiş prezidentin vəkilləri də həmin məhkəməyə şikayət hazırlayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG