Yaponiyanın xarici işlər naziri Taro Kononun sentyabrın 5-də Azərbaycana səfəri gözlənir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, səfər zamanı T.Kono Azərbaycan rəsmiləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
H.Hacıyev vurğulayıb ki, görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlər müzakirə ediləcək.