Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Trump FTB barədə: Öz işlərini görsünlər


Donald Trump İndianada çıxış edir
Donald Trump İndianada çıxış edir

ABŞ prezidenti Donald Trump hüquq-mühafizə orqanlarına hücumlarını artırıb, xəbərdarlıq edib ki, Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosunun (FTB) apardığı “biabırçı” təhqiqatlarla bağlı qərarların verilməsinə özü “qoşulmağa” məcbur qala bilər.

Avqustun 30-da İndiana ştatında yürüşdə çıxış edən Trump deyib ki, adamlar xüsusi prokuror Robert Muellerin apardığı istintaqdan qəzəblidirlər. Mueller Rusiyanın 2016-cı il prezident seçkisi zamanı Trump-ın kampaniyası ilə mümkün əlbirliyini araşdırır.

“ÖZ İŞLƏRİNİ GÖRSÜNLƏR”

“Ədliyyə Departamentimiz və FTB öz işlərini görməyə başlamalı, bunu düzgün etməli, elə indicə etməlidirlər”, – Trump tərəfdarlarına söyləyib.

“Kənar durmaq istədim, ancaq müəyyən məqamda işlər düzgün getmir… Məcbur qalsam, müdaxilə edəcəyəm”, – o deyib.

Jeff Sessions
Jeff Sessions

Trump indiyədək Moskvayla hər hansı işbirliyini təkzib edib.

Rusiya prezidenti Vladimir Putin hökumətinin seçkiyə müdaxilə etmədiyini bildirir. Amma ABŞ kəşfiyyat və hüquq-mühafizə orqanları belə bir qənaətə gəliblər ki, Moskva dövlətin idarəçiliyi ilə haker hücumları və ictimai rəyin manipulyasiyası ilə prosesə müdaxilə edib.

Yürüşdən öncə Bloomberg News-a müsahibəsində Trump deyib ki, baş prokuror Jeff Sessions noyabrda keçiriləcək Konqres seçkilərinədək vəzifəsində rahat işləyə biləcək. Sessions vaxtilə Rusiya istintaqından özünü kənarlaşdırdığına görə dəfələrlə prezidentin tənqidinə tuş gəlib.

Mueller onu dindirməyə çağırsa, əməl edəcəkmi? Trump deyib ki, nə baş verdiyinə baxacaq.

“Buna fərqli baxıram. Bunu qanunsuz təhqiqat sayıram, çünki böyük alimlər deyib ki, heç vaxt xüsusi prokuror təyin olunmamalıdır”, – Trump müsahibəsində deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG